Modern.az

Azərbaycandan “Eurovision 2011”ə hansı finalçının getməsi doğru olar? (jurnalistlər cavab verir)

Azərbaycandan “Eurovision 2011”ə hansı finalçının getməsi doğru olar? (jurnalistlər cavab verir)

Ölkə

19 Yanvar 2011, 16:31

“Eurovision” Avropada nüfuzlu mahnı yarışması sayılır. Artıq 3 ildir ki, Azərbaycan da bu yarışmada iştirak edir. Bu il “Evrovision” təmsilcisini secmək üçün İctimai Televiziyada milli seçim turları təşkil olunub və yarışma mərhələləri İctimai Televiziya vasitəsilə canlı yayımlanıb. İştirakçılar arasnından 10 nəfər yarımfinal mərhələsinə, onlardan 5 iştirakçı finala seçilib. Bu seçimlər həm münsiflər heyətinin qərarı, həm də sms səs verməsi nəticəsində müəyyənləşdirilib.
Finala vəsiqə qazanan bütün iştirakçılar barədə müsbət fikirlər səsləndirlimir, hətta seçimdə saxtakarlığın olduğu da iddia edilir. Qeyd edək ki, fevralda keçiriləcək finalda “Eurovision 2011”ə 1 vəsiqə uğrunda İlhamə Qasımova, İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov və Nigar Camal yarışacaq.

Modern.az mədəniyyət yazarları arasında bu “beşlik”dən daha çox kimi “Eurovision 2011”ə layiqli hesab etdiklərini soruşub.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı “Eurovision 2011” yarışmasında Azərbaycanı təmsil etmək üçün kecirilən milli secim turunda “beşlik”ə qalan iştirakşılardan yalnız İlhamə Qasımovanı obyektiv secim kimi dəyərləndirir. “Bu secilmərdə yalnız İlhamə obyektiv secim ola bilər. Ona da ki, əminəm ki, xalq səs göndərib, şəxsən mən də İlhaməyə səs göndərmişəm”. C.Səlimqızı digər iştirakcıları təsadüfü adamlar adlandırdı.
“Qeyd etdiyim kimi, İlhamə ən layiqli iştirakçı ola bilər.Yerdə qalan iştirakçılar sadəcə evdə, qohumları üçün oxuya bilərlər. Onlar ora getsələr Azərbaycan ən axırıncı yerləri tutacaq. Biz qalib olmaq üçün bu mötəbər yarışmaya ən layiqli iştirakçıni göndərməliyik.

Bildiyimə görə, Nigar Camalı hansısa nazir dəsdəkləyir, çıxışlarının birində Nigar Camal canlı efirdə mahnısını axıra qədər oxuya bilmədi, səsi çatmadı. Düşünək ki, Nigar Camal bu yarışmada Azərbaycanı təmsil edir, nə oxuyacaq və necə oxuyacaq? O,  getsə, sadəcə bizi biabır edə bilər. Finalçılardan Eldar Qasımov da hansısa nazirin qohumudur və qabağa çəkilib. Yaxud Azərbaycan dilində danışmağı bacarmayan İlqarə bizi necə təmsil edə bilər, yaxud Aybəniz Haşımovanın qızı Aynişan. Anaları onları qabağa çəkib. Bu ifacılar hələ səhnəyə hazir deyillər, demirəm oxumasınlar, oxusunlar amma kiçik səhnələrdə. Bu müsabiqə onların yeri deyil.

“Eurovuizion” mötəbər, Avropada çox populyar bir yarışmadı. Çalışmalıyıq ki, bu yarışmada bizi təmsil edən iştirakçı Azərbaycanın adını yüksəklərə qaldıra bilsin, şəxsi maraqları kənara qoymaq Azərbaycan naminə birlik olmaq lazımdır. Biz “Mərkəz” qəzeti olaraq İlhamə Qasımovanı dəstəkləyirik və düşünürük ki, Azərbaycana birinciliyi məhz o, gətirə bilər.

Azərbaycanda Heydər Əliyev Mərkəzinin acılışı olacaq. Biz Avropaya seçib ən yaxşı ifaçını göndərməliyik ki, bu yarışmanı Azərbaycana gətirə bilsin və Azərbaycanda Heydər Əliyevin adını daşıyan mərkəzdə bu yarışma baş tutsun.

Hesab edirəm ki, bu beşlik arasında İlhamə Qasımova ən layiqli namizəddir. İlhamənin ən layiqli namizəd olmasını bütün sənət insanları da təsdiq edir. Onun səhnə mədəniyyəti, səs diapozonu, mahnı seçimi, musiqi duyumu Azərbaycanı “Evrovision”da təmsil etməyə ən layiqli namizəd olduğunu bir daha sübüt edir”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Ramilə Qurbanlı seçimlərin obyektiv aparıldığına inanmadığını bildirdi. “Obyektiv aparıldığına inanmıram. Müsabiqənin sonuncu günü nəticələr elan olunmadı. Halbuki, elan etmişdilər ki, müsiflərin də səsi əlavə olunub, yəni nəticələr var idi, amma elan olunmadı, bir necə gündən sonra açıqladılar. Bax bu adamda bir az şübhə yaradır. Amma istəyərdim ki, yarışma qeyri-şəffaf kecirilsə də layiqli namizəd getsin, çünki bu Azərbaycanın adınadır”.

Nurlan Növrəslini çox bəyəndiyini, onun “beşlik”ə düşməməsindən təəssüfləndiyini bildirən R.Qurbanlı “istəyərdim ki, bizi bu il “Eurovision” yarışmasında Nurlan təmsil etsin. Çox istedadlı insandı, amma “beşlik”ə düşmədi. Hazırki “beşlik”dən isə İlhamə Qasımova getsə,  yaxşıdır” dedi. 

“Yeni Müsavat”qəzetinin əməkdaşı Sevil Hilalqızı bildirdi ki, seçimlər obyektiv aparılmayıb. “Hesab edirəm ki, seçimlər düzgün deyil”.

S.Hilalqızı ən layiqli namizəd kimi gördüyü iştirakçıların “beşlik”ə düşmədiyini bildirdi. “Mənim ən layiqli hesab etdiyim iştirakçılar təssüflər ki, “beşlik”ə daxil ola bilmədilər. Bunlar Nurlan Növrəsli və Çıngiz Mustafavev idi”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Şahin Cavadsoy seçimlərin obyektiv aparıldığına inanır. ”Müsiflər heyətinin qəqarı düzgündür. Bu seçimlərdə 3 nəfər tamaşacılardan gələn sms nəticəsində, 2 nəfər isə münsiflər heyətinin qərarı əsasında secilib. Yarışmanın sonunda səs faizləri açıqlandı, kifayət qədər obyektiv seçimlər olduğuna inanıram.

Bu “beşlik” arasında İlhamə Qasımova layiqli namizəd ola bilər, yarışma ərzində onun göstərdiyi çıxışlar bir daha sübüt etdi ki, Azərbaycanı Avropada təmsil etməyə layiqli iştirakçıdır.

Bir çoxları hesab edir ki, İlqarə və Aynişan layiqli iştirakçı deyil. Mən bu fikirlə razı deyiləm. Çünki hər iki iştirakçının gözəl fakturaları var. Hər ikisi sənətçi ailəsində dünyaya gəlib və musiqi duyumları var. Şəxsən mənim favoritim İlqarədir.

“Evrovizion”da ökəmizi təmsil edən iştirakçılardan sadəcə  Elnur və Samir peşakar ifacılar idi. Digər iki iştirakcı Aysel və Səfurə “Yeni uduz” müsabiqəsinin yetirməsiydi, onlarla peşəkar komanda işlədi və gözəl nəticə əldə olundu. Mən hesab edirəm ki, İlqarə və Aynişan üzərində də peşəkar komanda işləsə, niyə də layiqli iştirakçı olmasınlar və birincilik əldə etməsinlər”.

Nigar Camalı tanımıram, ancaq onu bilirəm ki, İsa Məlikovun tələbəsidir, Eldar Qasımovu da əvvələr müğənni kimi görməmişən, amma, yaxşı ifaçıdır. Bildiyimiz kimi finalda tamaşacılar yox, münsiflər heyəti seçim edəcək”.

“Day.Az”portalının mədəniyyət yazarı Vüqar Vüqarlı “Eurovision” müsabiqəsinə milli seçimlərlə bağlı münasibətində bildirdi ki, yarışmanın obyektiv təşkil olunması üçün münsiflər heyəti təşkil olunub. “Münsiflər heyəti müəyənləşib və onlar araşdırırlar ki, kim daha çox layiqli namizəddir. Amma münsiflər bu məsələni necə araşdırırlar, bunu deyə bilmərəm, bu qalır onların insafına. Mənim bu seçimlərin obyektivliyi ilə bağlı fikir söyləməyim subyektiv fikirdir və nəticə etibari ilə nec nəyi dəyişməz”.

V.Vüqarlı bildirdi ki, seçilən “beşlik” arasında Nigar Camal və Eldar Qasımov daha layiqli namizədlər ola bilər. “Düşünürəm ki, hazırda “beşlik”də olan iki iştirakçı orda olmamalı idi”.

“Reytinq”qəzetinin əməkdaşı Elşad Ümid: “Bu yarışmada seçimlər 50-i 50-yə səs faizi ilə aparılırdı. Hərənin sözsüz ki, öz favoriti olur. Bir az təcrübəli ifaçı getsə, yaxşı olar. Düzdü, orada bir mahnı ifa edirlər. Amma bir manhı olsa da, məsuliyyətli işdir. Böyük auditoriya qarşısında çıxış etməyən insan birdən-birə böyük səhnəyə cıxsa, həyacanlana bilər. İnsan həyəcanlananda yaxşı ifa da göstərə bilmir. Bu baxımdan hazır iştirakçı olsa, yaxşıdır”.

Hazırki “beşlik”dən isə E.Ümid səs imkanlarına görə, sadəcə İlhamə Qasımovanı layiqli namizəd hesab edir.
“İlhamə güclü səs diapozonuna malikdir, İlqarə üzərində bir az işləməlidir. Aynişan da istedadlı və yaraşıqlı xanımdır. Amma burada görünüş və səs ikisi bir arada olmalıdır. Gözəllik yarışması deyil ki”.

Elşad Ümid oğlan iştirakcılardan Eldar Qasımovun səsinin heç də zəif olmadığını bildirdi. “Eldarın səsi pis deyil, amma nə dərəcədə layiqli namizəddir onu deyə bilmərəm. Bir az imici üzərində işləsə, yaxşı olar”.

Həmkarımız bildirdi ki, nəinki “beşlik”ə, eyni zamanda “onluq”a daxil olmayan ifaçılar arasında güclü ifacılar var idi. “Rövşən Cəbişov, Sabina Babayeva və  Emilya xanım güclü səsə malik iştirakçılar idi. Orxan İsrafilov yaraşıqlı oğlan idi, amma o qədər də güclü səsə malik iştirakçı deyildi. Nəzərə alaq ki, bu yarışmada həm səs, həm də görünüş önəmlidir”. 

“Oxu məni” qəzetinin əməkdaşı Mətanət Şamilqızı deyir ki, o, gözüyumulu deyə bilər ki, bu yarışmaya gedəcək ən layiqli namizəd İlhamə Qasımovadır.
“Əgər ondan başqa insan secilsə, mən şoka düşərəm. Necə ola bilər ki, bizim münsiflər belə bir ifaçını görməsinlər”.

 Seçimlərin obyektiv olub-olmamasına münasibət bildirən M.Şamilqizi deyib: ”Hesab edirəm ki, seçimlər SMS-lə olmasa, daha yaxşı olar. Çünki, ola bilər kiminsə pulu çoxdur səs verəcək, amma onun səsi digərlərindən qat-qat zəifdir. Bu yarışma önəmli bir yarışmadır və ora kiminsə qohumu olduğuna, yaxud pulu hesabına seçilən iştirakçı yox, layiqli ifaçı getməlidir. Bu da sadəcə dediyim kimi, İlhamə ola bilər. Seçimlər sadəcə münsiflərin qərarı əsasında olsa, daha yaxşı olar”.

“ATV maqazin” jurnalının redaktoru Zakirə Zakirqızı hesab edir ki, ən layiqli namizəd İlhamə Qasımovadır.
”İlhamə Qasımovanın həm səsi, həm savadı, həm də gözəl müsiqi duyumu var və onda hər şey bir-birini tamamlayır. Bu iştirakçını ən layiqli namizəd hesab edirəm. Digərləri məncə bu yarışmaya uyğun deyil”.

“Seçimləri obyektiv hesab edirsinizmi” sualına isə Z.Zakirqızı ”düşünürəm ki, SMS səsverməsi olmasaydı, daha yaxşı olardı. Çünki, SMS bir az madiyyata bağlıdır, kimin əhatə dairə genişdir, ona da çox SMS gəlir. Amma münsiflər daha ədalətli qərar verə bilər. Düşünürəm ki, seçimlər sadəcə münsiflərin qərarı əsasında olsa, daha yaxşı olar” dedi.

“525-ci qəzet”in əməkdaşı Günel Musayeva deyir ki, seçim turlarını yaxından izləməyib. Ancaq İlhamə Qasımovanı ən layiqli namizəd hesab edir: ”Düzü o qədər də baxmıram, məncə İlhamə getsə, yaxşı olar.

Seçimlər SMS-lə yox, sadəcə münsiflər heyətinin qərarına əsasən müəyyən olunsaydı daha yaxşı olardı”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı