Modern.az

Prezidentin açılışında olduğu çoxmərtəbəli köçkün binasına qaz verilmir

Prezidentin açılışında olduğu çoxmərtəbəli köçkün binasına qaz verilmir

Ölkə

21 Yanvar 2011, 12:49

Yevlax rayonunda məcburi köckünlərin müvəqqəti məskunlaşması üçün 612 mənzilli 10 beşmərtəbəli bina tikilərək istifadəyə verilib. Artıq həmin binalarda məcburi köckünlərin yaşamasına baxmayaraq, bina hələ də qazla təmin olunmayıb. Soyuq qış aylarınının olduğunu nəzərə alsaq, problemin kifayət qədər ciddiliyi düşünməyə dəyər. Məsələni araşdırmaq üçün aidiyyatı qurumlarla əlaqə saxladıq.
“Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az-a bildirdi ki, bu qurum üzərinə düşən vəzifəni artıq yerinə yetirib. “Bu məsələ ilə bağlı sənədlər artıq qaz idarəsinə verilib. Binalarda istilik sistemləri işə salınıb, qaz da veriləcək”.

Binaların qazla təmin olunub-olunmamasına gəlincə isə S.Hüseynov ”yəqin təhlükəsizliklə bağlı hansısa işlər görülür, ona görə qaz verilməyib” dedi.

Məsəyə münasibət öyrənmək üçün “Azəriqaz”la da əlaqə saxladıq. “Azəriqaz”-ın Qaz təsərüffatı istismar şöbəsinin müdiri Vaqif Namazov bildirdi ki, bu məsələ ilə bağlı onlarda hər hansı məlumat yoxdur və bu işə onlar baxmır.

Məcburi Köckünlərin Sosial İnkişaf Fondunun nümayəndəsi Vəfa Əlizadə isə saytımıza bildirdi ki, bu binalarda sakinlər tam məskunlaşmayıb və ona görə də həmin tikililərə hələ qaz verilməyib. “6-cı gündən etibarən binaya istilik sistemi, isti su verilib”.

Binaya qazın verilməsi üçün sakinlərin orada tam məşkunlaşmasının vacib olduğunu bildirən V.Əlizadə ”612 ailənin bu binalara köçürülməsi üçün 2010 – cu ilin aprel ayında müqavilə bağlanılıb və noyabr ayında da Prezidentin iştirakı ilə acılış olub. İndi artıq sakinlərin həmin binalar köçürülməsi prossesi həyata keçirilir”.

Bu prossesin başa çatması üçün müəyyən vaxtın tələb olunduğunu bildirən V.Əlizadə bildirdi ki, əhali binada tam məskunlaşdıqdan sonra binada yaranacaq təhlükələrin qarşısını almaq üçün  tam yoxlama işləri aparılacaq və bundan sonra sakinlər qazla təmin olunacaq.

Prossesin nə vaxt yekunlaşacağına gəlincə isə V.Əlizadə bildirdi ki, bir ay ərzində bu məsələ həllini tapa bilər. “Bu prosesin nə vaxt başa çataçağını demək çətindir, təxminən bir ay ərzində yekunlaşacaq”.  

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı