Modern.az

Hacıbala Abutalıbov yeni sərəncam verdi

Hacıbala Abutalıbov yeni sərəncam verdi

Ölkə

21 Yanvar 2011, 13:34

Bakı şəhəri ərazisində yeni tikiləcək obyektlərin təklif olunan sahələrdə yerləşdirilməsinin əsaslandırılması haqqında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sərəncam verib.
Modern.az saytına Bakı Şəhəri İcra Hakimiyyətindən bildiriblər ki, bu sərəncamın məqsədi paytaxt ərazisində tikiləcək obyektlərin layihələndirilməsinin hazırlıq mərhələsinin və torpaq sahələrinin ayrılması və tikintiyə icazə verilməsi prosedurlarının təkmilləşdirilməsidir.

H.Abutalıbovun sözügedən sərəncamı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müəyyən tapşırıqlar verilib. Belə ki, şəhərin ayrı-ayrı hissələrində (torpaq sahələrində) yeni obyektlərin yer üzərində yerləşdirilməsi təkliflərinə baxılarkən həmin sahələr üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri tələb olunacaq. Bu sənədlər (müfəssəl planlaşdırma və tikinti-planlaşdırma layihələri) olmadıqda və ya obyektin yerləşdirilməsi mövcud şəhərsalma sənədlərində (şəhərin Baş planında, müfəssəl planlaşdırma və tikinti-planlaşdırma layihələrində) dəyişikliklər edilməsi zərurəti yaratdığı hallarda, sifarişçilərdən (hüquqi və fiziki şəxslər) tərəfindən, AzDTN 2.6-2* normativ sənədi ilə müəyyən olunmuş qaydada, tərkibdə və məzmunda Şəhərsalma əsaslandırılması sənədinin hazırlanmasını tələb ediləcək.
Bu sərəncam şəhərsalma əsaslandırılması təsdiq olunduqdan sonra şəhərsalma sənədlərinin ayrılmaz hissəsi sayılacaq.  Şəhərsalma əsaslandırılması bu əsaslandırmanın təsir dairəsindəki ayrıca binalar qrupuna, qurğulara, ayrı-ayrı tikililərə olan sifarişlər üzrə qəbul ediləcək qərarlar üçün əsasdır.

Şəhərsalma əsaslandırılması olmadan eskiz layihələrinin və işçi sənədlərinin razılaşdırılması şəhərsalma qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək.

Sərəncamın icrasına nəzarət Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevə həvalə edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı