“Azərbaycanın aparıcı müxalifət partiyaları arasında Rusiya ilə bağlı olanlar var”. Bu açıqlamanı Liberal Partiyasının sədri Əvəz Temirxan Modern.az-a deyib. Onu sözlərinə görə, bu siyasi qüvvələr cəmiyyətdə antirus mövqe ilə çıxış edərək ictimai rəyi azdırırlar.
“Həmin partiyanın Rusiya ilə bağlı olması barədə iqtidarın əlində faktlar da var”-deyə Ə.Temirxan vurğulayıb.
ALP sədrinin sözlərinə görə müxalifət düşərgəsinin parçalanmasında həmin qüvvələrin böyük rolu olub.
“Məhz onların sayəsində Rusiya Azərbaycan müxalifətinin vahid şəbəkəsinin yaranmasına imkan vermədi”-deyə Ə.Temirxan bildirib. Lakin ALP sədri həmin siyasi qüvvələrin adını çəkməkdən imtina edib.