Modern.az

Azərbaycanda mobil telefon danışığı haqlarında “kontur” sistemindən “manat”a keçiləcək

Azərbaycanda mobil telefon danışığı haqlarında “kontur” sistemindən “manat”a keçiləcək

Ölkə

22 Yanvar 2011, 14:44

Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2010-cu ildə təxminən 1 353 880 nəfər artaraq 9 milyon 111min nəfər təşkil edib. Bu da hər 100 nəfərə 100 mobil abunəçinin düşməsi deməkdir. Modern.az-ın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclasında Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev bildirib.

“Respublikamızda mobil rabitə istifadəçilərin sayı durmadan artdığından, əhalinin bu xidmətlərdən daha sərfəli şərtlərlə istifadəsinə şərait yaradılması və şəffaflığın artırılması məqsədilə telefon danışığı haqlarının hesablanmasında beynəlxalq təcrübəyə uyğun olaraq “kontur” sistemindən “manat” sisteminə keçidin tətbiq edilməsi barədə qərar qəbul edilmiş və hazırda bu istiqamətində tədbirlərin görülməsi davam etdirilir”-deyə R.Nəbiyev qeyd edib.

Qeyd edək ki, iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarının işindən narazılıq edib. Onun sözlərinə görə, həmin operatorların qiymət sistemi şəffaf və qənaətbəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər, istehlakçılar bundan əziyyət çəkirlər. Ə.Abbasov deyib ki, 
bu qiymətlər tezliklə aşağı salınacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı