
Azərbaycan prezidentinin kiçik qızı Arzu Əliyevanın ad günüdür.
Arzu İlham qızı Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. Xaricdə ali təhsil alıb. Arzu Əliyeva 2008-ci ildə Azərbaycandan olan reklam video klipində çəkilib. Bu video klip CNN və Evronyus kanallarında nümayiş olunub.
2009-cu ildə nüfuzlu “Harpers Bazaar” jurnalına açıqlamasında Arzu Əliyeva qısa olsa da moda, anası və özü barədə danışıb.
Moda haqqında
- Bacımla ilk stil dərslərimi anamızdan ibrət götürərək uşaq vaxtlarımızdan almışıq. O geyinirdi, bəzənirdi və daranırdı, biz isə oturub ona baxırdıq. Anam bizə konkret olaraq heç bir təlimat verməyib, lakin böyüdükcə biz qeyri - ixtiyari olaraq onun üslubunu yamsılamağa başladıq.
Anası haqqında
- Anam bizim üçün geyim seçməyi bacarır. Hətta biz yanında olmayanda belə. O seçiləcək geyimin bizim ölçümüzə olub - olmadığını dəqiq qiymətləndirir və heç vaxt seçimində yanılmır.
Özü haqqında
- Əgər biz ailəlikcə harasa gediriksə, birlikdə hazırlaşırıq, bir-birimizə məsləhət veririk. Mən adətən fərqlənməyə çalışıram. Bu o qədər də asan deyil.
Anaları, ölkənin birinci xanımı Mehriban Əliyeva jurnala müsahibəsində deyib ki, qızları beş dildə, doğma Azərbaycan dilindən savayı, rus, ingilis, ispan və fransızca sərbəst danışır.
|
|
|
|
|
|
|
|
|
|
|
|