Modern.az

Məleykə Abbaszadə sınaq imtahanlarına dair mətbuat konfransı keçirəcək

Məleykə Abbaszadə sınaq imtahanlarına dair mətbuat konfransı keçirəcək

Ölkə

24 Yanvar 2011, 11:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 11 şəhərərində abituriyentlər üçün sınaq imtahanları kecirib. İmtahanlar Bakı, Gəncə və Sumqayıt şəhərlərində iki növbədə, digər şəhərlərdə isə bir növbədə keçirilib. Bu gündən isə cavab kartlarının emalı prosesinə start verilib. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, imtahan prosesi uğurla nəticələnib.
”İmtahanın obyektiv keçirilməsi üçün 103 imtahan rəhbəri və 1085 zal nəzarətçisi ayrılmışdı. İmtahanlar ümumilikdə 28 binada aparılıb, onlardan 16-sı Bakı şəhərində, 12 –si isə respublikanın digər şəhərlərində yerləşir. TQDK-ya dünən axşama qədər bütün binalardan imtahan səndələri təhvil verilib. Bu gündən cavab kartlarının emalı prosesi başlanıb. Və nəticələrın həftənin sonuna qədər komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulub”.

Elnur Nağızadə onu da bildirib ki, imtahanın operativ idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib və həmin qərargah bütün imtahan binaları ilə müntəzəm olaraq əlaqə saxlayıb. Bütövlükdə imtahan uğurla başa çatıb.

E.Nağızadənin sözlərinə görə, abituryentlərin ümumi bilik səviyyəsi haqqında fikir söyləmək hələ tezdir. “Sınaq imtahanına görə, abituryentlərin bilik səviyyəsini demək çətindir. Hələki cavablar məlum deyil, cavablar məlum olduqdan sonra  fikir söyləmək olar”.

E.Nağızadə onu da deyib sabah imtahan nəticələri ilə bağlı TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransı kecirəcək.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı