Modern.az

Şou-biznesin boşanmış müğənniləri Qadın Krizis Mərkəzinə müraciət ediblər

Şou-biznesin boşanmış müğənniləri Qadın Krizis Mərkəzinə müraciət ediblər

Ölkə

27 Yanvar 2011, 16:21

Bütün dünyada şou-biznes sahəsi qalmaqalları ilə məşhurdur. O cümlədən də Azərbaycanda. Bizim şou-biznesinin bəzi nümayəndələrinin sənətdən çox şəxsi həyatlarını qabartmaları və bu məsələlərlə gündəmdə qalmaları müşahidə olunmaqdadır. Xüsusilə qadın müğənnilər. Kimsə açıq-saçıq geyimini, digəri bədənini, başqası dava-dalaşı nümayiş etdirir. Əksəriyyəti həyat yoldaşından boşanmış olan bu sənətçilər bir çox hallarda Azərbaycan telekanallarının məişət səviyyəli verilişlərindən tamaşaçılara həm də “dərs keçirlər”. Məsələn, ailə modelinin vacibliyindən, onu necə qorumağın yollarından, həyat yoldaşına sadiqlikdən danışırlar. Halbuki özləri öz ailələrini qoruya bilməyiblər. Şəxsi həyatla bağlı suallara bəzən göz yaşı tökməklə cavab verir, bu hərəkətlə özlərinə "həssas, kövrək, səmimi insan” imici yaratmağa çalışırlar.

Müşahidələr göstərir ki, bir çox müğənnilər sənətlərini davam etdirmək üçün ya ailə qurmaqdan imtina edirlər, ya da qurduqları ailəni dağıdırlar. Bir çoxlarının ailələri isə onlar populyarlıq qazanandan sonra dağılır. Tanınmış şou-biznes münayəndələrin şəxsi həyatlarına nəzər salsaq, bunu görmək mümkündür. Ad çəkmək də olar. Mətənat İsgəndərli, Almaz Ələsgərova, Nüşabə Ələsgərli, Aygün Kazımova, Rəqsanə, Tünzalə Ağayeva, Xumar Qədimova və s.

Azərbaycan şou-biznesindəki qadın müğənnilərin həyat yoldaşları niyə yoxdur, niyə onlar arasında boşanma halları daha geniş yayılıb?

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib ki, Azərbaycanda şou-biznes problemli sahədir. Onun sözlərinə görə, bu sahənin insanları daha çox axşamlar işlədikləri üçün evə gec gedirlər və bu da ailədə söz-söhbətlərin yaranmasına səbəb olur:
“Müğənnilər üçün əsas qazanc yeri olan restoranlarda, digər əyləncə mərkəzlərində  toylar, mərasimlər əsasən axşam saatlarında keçirilir. Müğənnilər də həmin saatlarda işləməli olurlar. Yəni bir sıra hallarda iş pirinsipləri ailə tələbləri uyğun gəlmir”.  
Ekspertin fikrincə, bir çox hallarda qadın müğənni həyat yoldaşına biganə qalır, onun qayğısını çəkə bilmir və nəticədə boşanma baş verir.

M.Əzizovanın sözlərinə görə, elə bu səbəbdəndir ki, xanım müğənnilərin ailə həyatı olmur.
“Azərbaycan cəmiyyətində hər bir kişi xanım müğənni ilə evliliyi qəbul etmir. Hamısına aid etmirəm, amma elə sənəyçi xanımlar var ki, pul qazanmaq üçün başqa yollardan istifadə edirlər. Ona görə də, cəmiyyətdə belə bir fikir formalaşıb ki, şou-biznesdə olan xanımlarla ailə qurmaq lazım deyil. Kişilər düşünürlər ki, əgər arada sevgi varsa və ailə qurursa, xanım sənətilə sağollaşmalıdır”.

M.Əzizovanın sözlərinə görə, ümumiyyətlə Azərbaycan cəmiyyətində boşanmış qadınlara qarşı birmənalı münasibət yoxdur. “Boşanan xanımlar haqqında fikirləşirlər ki, yaxşı xanım olsaydı, boşanmazdı və s.”.

Müsahibimiz deyir ki, Qadın Kriziz Mərkəzinə mütəmadi olaraq məişət zorakılağı üzləşən çoxlu qadınlar tərəfindən müraciət daxil olur. Onun sözlərinə görə, şou-biznesdəki boşanmış qadın müğənnilər arasında da nə vaxtsa məişət zoraklığına məruz qalanların olduğu istisna deyil.
M.Əzizova deyir ki, Qadın Krizis Mərkəzinə qadın müğənilərdən də müraciət edənlər var. Onun sözlərinə görə, qadın müğənnilər keçmiş və ya hazırki ailə həyatlarındakı problemlərlə bağlı müraciət edirlər. Sonuncu dəfə mərkəzə 2010-cu ilin axırlarında qadın müğənnilərdən müraciət edənlər olub.
M.Əzizovanın fikrincə, Azərbaycanda psixoloqla işləmək səviyyəsi aşağı səviyyədədir. Müğənnilər də açıq şəkildə ailə problemləri ilə bağlı psixoloqa müraciət etməkdən çəkinirlər, problemləri vaxtında açıb demirlər, çıxış yol üçün peşəkarlardan məsləhət almırlar, sonda ayrılmalar baş verir.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı