Modern.az

“İsa Qəmbər razılaşmanı pozaraq “səlahiyyətsiz prezident olmaq istəmirəm” dedi”

“İsa Qəmbər razılaşmanı pozaraq “səlahiyyətsiz prezident olmaq istəmirəm” dedi”

Ölkə

28 Yanvar 2011, 15:16

“2003-cü ildə Müsavatla AMİP arasında razılaşma əldə edilmişdi. Razılaşmaya görə, Etibar Məmmədov İsa Qəmbərin xeyrinə prezidentliyə namizədlikdən geri çəkilərək vahid namizəd kimi Müsavat başqanını dəstəkləmək qərarını vermişdi”.
Bu barədə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Müsavat başqanının mətbuata verdiyi “belə razılaşma olmayıb” fikrinə münasibət bildirərkən Modern.az-a deyib. Onun sözlərinə görə,  artıq səhəri gün Etibar Məmmədov mətbuat konfarnsı keçirib bunu elan etməyə hazırlaşırdı.

“O zaman əldə olan razılaşmaya görə, 2003-cü il seçikilərindən sonra müxalif’tədən seçiləcək yeni prezident baş nazirin səlahiyyətlərini artırmaq, bir ildən sonra yeni prezident və parlament seçkiləri keçirmək barədə öhdəlik götürürdü. İsa Qəmbər bu şərtlərlə razılaşdı. Yekun sənəd hüquqşünaslar Fuad Ağayev və Qulamhüseyn Əlibəyli tərəfindən hazırlandı. Lakin İsa Qəmbər bu razılaşmanı pozdu. Gecə zəng vurub dedi ki, o, “səlahiyətsiz prezident” olmaq istəmir. Bizə dedi ki, Divan bu razılaşmanı qəbul etmir”-deyə AMİP rəsmisi açıqlayıb.
 
Ə.Orucovun sözlərinə görə, 2003-cü ildə Londonda müxalifətin görüşündə eks –spiker Rəsul Quliyev və keçmiş prezident Ayaz Mütəllibov Etibar Məmmədovu dəstəkləmək barədə qərar veriblər.
“İndi məsələnin niyə belə çevrilməsi barədə detalları ilə danışmaq istəmirik. Bu prosesin dərin məqamları var. Açıqlansa, müxalifətin əməkdaşlıq mərhələsinə ziyan vura bilər”-deyə AMİP rəsmisi bildirib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər 2003-cü ildəki “vahid namizəd” müzakirələri ilə bağlı AMİP-lə heç bir razılaşma olmadığını deyib və bu barədə deyilənləri “mif” adlandırıb. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı