Modern.az

İqtisad Universitetinin prorektoru YAP Gənclər Birliyinin sədri seçildi

İqtisad Universitetinin prorektoru YAP Gənclər Birliyinin sədri seçildi

Ölkə

29 Yanvar 2011, 17:01

Yanvarın 29-da Qəbələdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III konfransı keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra birliyin sədr müavini Samirə Quliyeva hesabat məruzəsi ilə çıxış edib. Bildirib hazırda YAP üzvlərinin 39,6 faizini gənclər təşkil edir. 1995-2005-ci illərdə Gənclər Birliyi üzvlərinin sayı 25 mindən 135 minə, son beş ildə isə 208 minə çatıb.
Çıxış edən gənclər II konfransdan bu günədək görülən işlər, əldə edilən uğurlar barədə məlumat veriblər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov dövlət gənclər siyаsətinin əhəmiyyətini vurğulayıb.

Təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və başqaları Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan, ölkənin tərəqqisində bu siyasi qurumun üzvlərinin əvəzsiz rolundan bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP ölkənin sosial-iqtisadi həyatında böyük nüfuza malikdir və ətrafında 520 mindən artıq üzvü birləşdirir.
Çıxışlarda YAP-ın üzvü olan gənclərin cəmiyyətdəki fəal mövqeyi, onların hüquqi dövlət quruculuğu və ictimai-siyasi proseslərdə iştirakı xüsusi vurğulanıb.

Birliyin ötən dövrdəki fəaliyyəti qənaətbəxş hesab edilib, qurumun 58 nəfərdən ibarət şura üzvü, 17 nəfərdən ibarət idarə heyəti seçilib. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov YAP Gənclər Birliyinin sədri seçilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı