Modern.az

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini açıqladı

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini açıqladı

Ölkə

16 Fevral 2011, 10:34

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarına start verib. Modern.az saytının məlumatına görə, 2011-ci ilin ilk sınaq imtahanları fevralın 12-13-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 11-ci və 9-cu sinifləri üzrə keçirilib.

Modern.az saytı xəbər verir ki, fevralın 12-də Bakı şəhərinin ümumtəhsil ocaqlarında 11-ci siniflərdə keçirilmiş sınaq imtahanlarının nəticələri bu gün Təhsil Nazirliyinin internet saytında yerləşdirilib. Şagirdlər kodlarını daxil etməklə cavabı öyrənə biləcəklər. Nəticələr saytın soldan aşağı hissəsində "Yoxlama imtahanının nəticələri" yazılmış bölmədə yerləşdirilib.
İmtahanın nəticələrini bu linkdən də öyrənmək olar: //exam.edu.gov.az/

Tezliklə 9-cu sininfin də imtahan nəticəsi saytda yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlar test üsulu ilə keçirilib və əldə olunan nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək.
11-ci sinif şagirdləri üçün sınaq imtahanları səkkiz, 9-cu sinif şagirdləri üçün isə iki fənn üzrə keçirilir.
Nazirlikdən bildirilib ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada 26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də 12-13 fevral tarixlərində keçirilmiş imtahanlarda iştirak ediblər. İmtahan XI sinif şagirdləri üçün 3,  IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib.

2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi buraxılış vərəqələri verilib.

Valideyn Müəllim Assosiasiyasının nümayəndələri Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn qismində yoxlama imtahanlarının gedişini izləyiblər.

Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX,  94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir.

Fevralın 20-dən etibarən respublikamızın digər bölgələrində də yoxlama imtahanları keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı