Modern.az

Gəncəyə qar yağdı, problemlər qabardı... (FOTOLAR)

Gəncəyə qar yağdı, problemlər qabardı... (FOTOLAR)

Ölkə

16 Fevral 2011, 11:03


Dünən gecə saatlarından başalayaraq Gəncəyə yağan güclü qar bir sıra sosial problemlərin üzə çıxmasına səbəb olub.
Modern.az-ın məlumatına görə, səhər saatlarından başlayaraq mərkəz prospektlərdə Gəncə şəhər İH tabelyində olan texnikalar yoların qardan təmizlənməsinə çalışsa da, digər yollarda və yaşayış massivlərində acınacalı vəziyyət qalmaqdadır. Belə ki, Dədə Qorqud, Nəriman Nərimanov, Azərbaycan Əsgəri və bu kimi kücələrin səki və yollları keçilməz hala düşüb. Nə sürücülər bu küçələrdə maşın sürə bilirlər, nə də piyadalar normal hərəkət edə bilirlər. Hələ bu azmış kimi, əksər işıqforlarda yaranan nasazlıq bəzi küçələrdə nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Mənzil başına çatmaq istəyən vətəndaşların xidmətində olan içtimai nəqliyyat vasitələri isə vəziyyətdən sui-istifadə edərək necə gəldi nəzarətsiz fəaliyyət göstərirlər.
Ötən gün Gəncə Qaz İstismarı sahəsi də qazdan istifadə edən abonentlərin nəzərinə çatdırıb ki, Gəncə Qaz Paylayıcı stansiyasında təhlükəsizliyi təmin etmək məqsədilə aparılan texniki tədbirlərlə əlaqədar fevral ayının 16-da saat 10-dan 16-a kimi – 2-ci şəhər və Avtozavod xəttlərində, fevralın 17-si saat 14-dən 18-ə kimi – Çini qablar və Maşınqayırma xəttlərində fevralın 18-də isə saat 14-dən 18-ə kimi – 1-ci şəhər və Bağbanlar xəttlərində qazın verilişi dayandırılacaq. Elanda Gəncə Qaz İstismarı sahəsi müvəqqəti narahatçılığa görə sakinlərdən üzr istəsə də, bu qarlı və soyuq havada sahənin üzr istəməsi vətəndaşın probleminin üstünə əlavə çətinlik gətirib.

 

 

 


Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı