Modern.az

Azərbaycandakı ən uzun körpülərdən biri uçub (FOTOLAR)

Azərbaycandakı ən uzun körpülərdən biri uçub (FOTOLAR)

Ölkə

16 Fevral 2011, 11:20

Şəki rayonunda Kiş çayı üzərindəki körpü uçub. Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Valeh Ələkbərovun Modern.az-a verdiyi məlumata görə, hadisə dünın saat 15:00 radələrində baş verib. Hadisənin baş verməsinə səbəb körpünün üstündən keçən “KamAZ”ın həddən artıq ağır olmasıdır. 
Hadisə zamanı körpüdən keçən “KamAZ” içərisindəki tikinti daşı ilə birlikdə çaya yuvarlanıb. Arxadan sürətlə gələn “VAZ-2106” markalı avtomobil də çaya düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Lakin maşınlar istifadəyə yararsız hala düşüb. Kiş kəndinə gediş-gəliş dayansa da, hazırda alternativ yol açılıb.
FHN-nin və rayon bələdiyyə nümayəndələri körpünün bərpası istiqamətində iş aparırılar.
Qeyd edək ki, uçan körpü 1996-cı ildə tikilərək istifadəyə verilib.  





Xaliq Qurbanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı