Modern.az

"Avtobus sürücüləri qanuna ediləcək dəyişiklikləri müsbət qarşılamayacaq"

"Avtobus sürücüləri qanuna ediləcək dəyişiklikləri müsbət qarşılamayacaq"

Ölkə

16 Fevral 2011, 17:32


Nəqliyyat Nazirliyinin nəzdindəki “Bakı Sərnişin Nəqliyyatı” MMC mətbuat xidmətinin rəhbəri Samir Həsənov Modern.az saytına bildirib ki, avtobus sürücüləri ilə bağlı qanuna ediləcək yeni dəyişikliklər sürücülər tərəfindən müsbət qarşılanmayacaq. Onun sözlərinə görə, şəhərdaxili sərnişin daşıyan avtobus sürücülərinə qarşı cərimələrin miqdarının artırılması və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər asan qəbul edilməyəcək:

“Qanuna yeni dəyişikliklərin edilməsi sürücülər tərəfindən necə qarşılanmağından aslı olmayaraq onlar hər zaman qanuna mütləq riayət etməlidirlər. Sürücü başa düşməlidir ki, qanunu pozmaq olmaz. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, sükan arxasında siqaret çəkmək, yemək yemək olmaz. Hətta bildirmişik ki, sərnişinləri narahat edən audio-maqnitafonlardan, hər hansı səs cihazlarından istifadə etməsinlər”.

S.Həsənov qeyd edib ki, əgər sürücü siqaret çəkmək istəyirsə, ancaq sonuncu dayanacaqda dayanan zaman bunu edə bilər.

Sürücülərə qarşı güclü nəzarət olunduğunu söyləyən mətbuat katibi onu da bildirib ki, bu işlərlə məşğul olan ayrıca bir şöbə var:
“Bu şöbə tərəfindən mütəmadi reydlər aparılır. Aparılan yoxlamalar zamanı hər hansı qayda pozuntusu aşkar edilən sürücüyə və sahibkara qarşı sərt xəbərdarlır edilir.

Deyə bilərəm ki, bütün bu xoşagəlməz hallara biz tez-tez rast gəlirik.  Bellə hallarda tərəfimizdən lazımı tədbirlər görülür. Hətta bir çox sürücüləri işdən uzaqlaşdırmışıq”

S.Həsənov onu da əlavə edib ki, Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə tam güclə nəzarət etmək mümkün deyil: “Bizim elə imkanımız yoxdur ki, hər avtobusa nəzarət üçün bir müfəttiş və nəzarətçi qoyaq. Eyni zamanda, bu qanunun qüvvəyə minməsi və gələcəkdə intellektual nəqlyiyyat sisteminin işə düşməsi ilə bütün bu məsələlər tam nəzarətə götürüləcək.

İntellektual nəqliyat sisteminin üstün cəhətləri var. Bu sistem kameralar vasitəsilə birbaşa sürücünün bütün hərəkətlərini, sərnişin axınını izləyəcək. Məlumatlar bir məntəqəyə ötürüləcək. Bunun nəticəsində yaranmış problemlərlə bağlı sürücülərə birbaşa xəbərdarlıq etmək mümkün olacaq”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı