Modern.az

İlham Əliyev: "Gimnastika, atletika və üzgüçülüklə məşğul oluram"

İlham Əliyev: "Gimnastika, atletika və üzgüçülüklə məşğul oluram"

Ölkə

17 Fevral 2011, 16:04


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev «Mir» telekanalına müsahibəsində idmana olan marağı haqda danışıb. Jurnalistin bununla bağlı sualına cavabında prezident bildirib ki, o, futbolu izləməyi daha çox sevir.
«Özüm isə fərdi idman növləri - gimnastika, atletika və üzgüçülüklə məşğul oluram. İdmanla bağlı planlarımıza gəlincə, biz uğurlarımızı daha da artıracağıq» - deyə prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın son illər beynəlxalq miqyasda söz demək imkanı daha da artıb.
«Mən çox sevinirəm ki, Azərbaycan çox istedadlı gənc idmançı yetişdirir. Sinqapurda keçirilən yeniyetmələrin olimpiya oyunlarında bizim komanda 11-ci oldu. Yəni biz dünyanın bir çox idman ölkəsini geridə qoya bildik. Bu o deməkdir ki, bizim uşaq, yeniyetmə idmançılarla bağlı siyasətimiz, onlara yaradılan şərait, idmanın inkişafı üçün yaradılan bazalar, həmçinin idmançılara və veteranlara münasibət öz bəhrəsini verir. Bizdə uşaqlar, yeniyetmələr idmançı olmaq istəyirlər. Çünki bizim idmançılar, tanınmış çempionlar rəmzə çevrilirlər. Onlara cəmiyyətdə böyük hörmət var. Əhali və dövlət tərəfindən onlara böyük dəstək göstərilir. Biz onları və qazandıqları qələbələrini hər cür təbliğ edirik» - deyə prezident bildirib.

Dövlət başçısı azərbaycanlı idmançıların ciddi və vətənpərvər olduqlarını da söyləyib: «Bizim xeyli olimpiya, dünya, Avropa çempionumuz var. Biz növbəti olimpiadada daha çox medal qazanmağı planlaşdırırıq. Bütün bunlar ona gətirib çıxarıb ki, idmançı Azərbaycanda yenidən hörmətli adama çevrilib. 90-cı illərin əvvəllərində isə belə deyildi. O vaxt idmana indiki kimi qayğı yox idi. Çünki ölkədə çoxlu problem vardı».

Prezident İlham Əliyev son 10 ildə Azərbaycanda 29 olimpiya mərkəzinin inşa olunduğunu da xatırladıb.

Azərbaycanın qarşısında duran ən əsas məqsədlərdən də danışan ölkə prezidenti qeyd edib ki, bura iqtisadiyyatın sürətli inkişafı, siyasi islahatların həyat keçirilməsi və ölkənin modernləşdirilməsi daxildir. “Son 7 ildə Azərbaycanda 900 mindən çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 9 faizə endirilib. Yarım milyondan çox Azərbaycan vətəndaşı sosial yardım alır. Orta aylıq əmək haqqı 400 dollardan çoxdur. Biz hər cür şəarit yaradırıq ki, insanlarımız yaxşı yaşasın. Bu gün Azərbaycan bir çox sahələrdə, xüsusilə enerji sahəsində dünya ölkələri arasında liderdir”.  

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı