Təhsil İdarəsinin rəhbərliyi isə fakt axtarışındadır

Əvvəllər bayramları adətən daha çox uşaqlar səbirsizliklə gözliyirdilər. Baxmırdılar ki, valideynlərinin bu bayramı ötüşdürməyə imkanı var, ya yox... Amma son illər Azərbaycanda bayramları təkcə uşaqlar gözləmirlər, bəzi böyüklər də o günlər üçün darıxırlar...
Çox uzağa getməyək. 8 Martdan başlayaq.
Bu bayram məktəbyaşlı uşaqların valideynləri üçün sozün hər mənasında dəhşətdir. Bilirsiniz niyə, indidən uşaq baxçalarında, məktəblərdə tapşırıqlar verilib ki, hər uşaq 20-25 manat gətirsin. (Əlimizdə faktlar var-red)
Görəsən korrupsiyaya qarşı mübarizənin dövründə Təhsil Nazirliyi bunun qarşısını necə alacaq..? Sizlər üçün də maraqlıdırsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyevin fikirlərinə diqqət verin.
“Bizdə belə məlumat yoxdur. Ümumiyyətlə, pul yığılması ilə bağlı deyilən bütün informasiyalar yalandır. Bununla bağlı edilən zənglər də öyrədilmiş insanlar tərəfindən olur. Araşdırmışıq və deyilənlərin şayiədən başqa heç nə olmadığı məlum olub.
Əgər belə hallar müşahidə olunarsa, onda ciddi addımlar atacağıq. Təkcə bizdə yox, elə Təhsil Nazirliyində də bu işə ciddi baxılacaq”.
Cavab sizi qane etdimi?
P.S. Moden.az olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyevdən soruşuruq. Heç olmasa, dediyinizə özünüz inanırsınızmı? Yaxud da 8 Martla bağlı pul yığılmayan məktəb varsa, lütfən bizə də göstərin.
Modern.az