“Soyqırımını belə qeyd etməzlər...!”

Azərbaycanın Milli qəhrəmanları Maşallah Abdullayev və Məhəmməd Həsənov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının indiki kim qeyd edilməsinin əleyhinədirlər. Bunu Modern.az saytına açıqlamasında Milli qəhrəmanların özləri deyiblər: “Bilirsiniz, bizdə qəribə bir şey yaranıb. Torpaqlarımızın işğal günü, soyqırımı günü toplaşırıq. Bunun mahiyyəti isə ağlamaqdır. Biz bunun tam əleyhinəyik”.
Milli Qəhrəman Maşallah Abdullayev saytımıza deyib ki, biz qisasımızı almalıyıq, torpaqlarımızı düşmənlərdən boşaltmalıyıq, ağlamalı deyilik: “Biz bunu fəaliyyət kimi qəbul etmirik. Qanı qanla yuyarlar. Torpaq namusdur, ana namusdur. Bir sözlə, qan-qanla yuyulmalıdır. Torpaqlarımızın işğal günü, soyqırım günü qisasla yanmalıyıq. Qisasla da olsa, torpaqlarımızı geri qaytarmalıyıq. Bu günləri yas mərasiminə çevirmək olmaz. Bu günlərin hər birini qisas günü kimi, qana-qan günü kimi qeyd etməliyik. Biz insanlarımızı buna çağırırıq. Ağlamaqla millətin ruhunu öldururük. Millətə belə pislik etmək olmaz. Biz bunu ayrı cür təsəvvür edə bilmirik”.
Modern.az