Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura pilləsinə qəbulla bağlı təkliflər hazırlayıb. Modern.az-ın məlumatına görə, AMEA-dan bildirilib ki, akademiya təklifləri yaxın günlərdə İqtisadi İnkişaf Nazirliyinə göndəriləcək. Magistraturaya qəbul zamanı dövlət sifarişi nəzərə alınacaq. Təhsilin bu pilləsinə qəbul üçün Milli Elmlər Akademiyasında elmi-tədqiqat işləri aparılan və doktorantura təhsili mövcud olan ixtisaslara üstünlük veriləcək. Lakin bu tələblərə cavab verməyən ixtisaslara da biganə yanaşılmayacaq. Magistraturaya qəbulla bağlı ixtisas seçimində təkcə akademiyanın Bakıda yerləşən institutları deyil, regional elmi mərkəzlərin prioritet ixtisaslarına uyğun olan elmi kadrların hazırlanması nəzərə alınacaq.
Mail Ağaxanov