Modern.az

Abel Məhərrəmov BDU-nun dünya ali məktəblərinin reytinqindəki yerindən danışdı

Abel Məhərrəmov BDU-nun dünya ali məktəblərinin reytinqindəki yerindən danışdı

Ölkə

18 Fevral 2011, 13:21

2004-cü ildən başlayaraq dünyanın nüfuzlu tədqiqat mərkəzləri dünya ali məktəblərinin reytinqini elan edirlər. Təəssüf ki, indiyədək Azərbaycan ali məktəbləri dünya ali məktəblərinin reytinq sıralamasında hətta orta yerləri belə tuta bilmirllər.

Modern.az saytı xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bu ali təhsil müəssisəsinin dünyanın nüfuzlu universitetləri siyahısında layiqli yer tuta bilməməsinə belə aydınlıq gətirib.
A.Məhərrəmov deyib ki, Avropa metodologiyasında ali məktəblərin reytinqi müəyyəınləşdirilərkən təkcə elm və təhsilin keyfiyyətinə üstünlük verilmir, həm də tələbələrin dərsdən sonrakı həyatı nəzərə alınır. Yəni tələbə yataqxanası məsələsinə də ciddi diqqət yetirilir.  Rektor bildirib ki, elm və təhsilin keyfiyyətinə görə, dünyanın 500 universiteti içərisinə daxil olan BDU tələbə həyatının vəziyyətinə görə, həmin yerini qoruya bilməyib.

BDU-nun yataqxanalarla bağlı ciddi probleminin olduğunu deyən rektor bildirib ki, universitet öz reytinqini heç olmasa elm və təhsilin keyfiyyətini yüksəltməklə yaxşılaşdırmağa çalışır.
Bununla belə, yaxın illərdə BDU-unun yataqxana probleminin də həll olunacağına ümid etdiyini deyən A.Məhərrəmov “onda əminəm ki, öz layiqli yerimizi tuta biləcəyik” söyləyib.

Qeyd edək ki, BDU-nun yataqxanalarında məskunlaşan 8 minə qədər məcburi köçkün aliləsi gələn ilin ortalarınadək oradan köçürülməlidir.

BDU köçkünlər çıxarılandan sonra tələbə şəhərciyindəki beşmərtəbəli köhnə yataqxana binalarını yeni tikililərlə əvəz etməyi nəzərdə tutur. Belə ki, köhnə binalar yeni 16 mərtəbəli binalarla əvəzlənəcək və universitetin Baş Planında da bu, belə nəzərdə tutulub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı