Modern.az

Ağdamda atəş altındakı Türk şəhidliyi...

Ağdamda atəş altındakı Türk şəhidliyi...

Ölkə

20 Fevral 2011, 17:58

Ağdamın cəbhə bölgəsində yerləşən türk şəhidlərinin məzarları bu gün də erməni ordusunin güllə yağışına sinə gərir. Xalqımızın dar günündə kömək etmək ücün gələn və bu torpaqlarda şəhid olan cəsur türk şəhidləri Agdamın  Mirəşəlli kəndinin qəbirsanlığında dəfn ediliblər.  Türk şəhidlərinin məzarna Qarabağın bir çox yerlərində rast gəlmək olar. Lakin o məzarların bir çoxu  işğal altında olan torpaqlarımızda yerləşir. Tarixcilər hesab edir ki, 1918-ci ildə Ağdam-Əsgəran yolunu bağlamış erməni quldurlarının məhv edilməsi əməliyyatında türk əsgərləri də yaxından iştirak ediblər. Tarixçi Rasim Zeynalovun bildirdiyinə görə, bu qəbirlər dövrümüzə qədər gəlib çatıb. Lakin sovet dövründə onlarla bağlı araşdırmalar yasaq olunmuşdu. O qəbirlərin üzərindəki ərəb əlifbası ilə yazılanları çox adam oxuya bilmir. Ancaq həmin yazılar özü sübut edir ki, bu məzarlar həmin dövrlərin yadigarıdır. Hazırda qəbiristanlıq təmas xəttində, atəş altında yerləşsə də, Ağdamın yaxın kəndlərinin oranı vaxtaşırı ziyarət edirlər.

Xaliq Qurbanov Gəncə

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı