Modern.az

Bir əsgərimiz erməni gülləsindən şəhid olub, biri də yaralanıb

Bir əsgərimiz erməni gülləsindən şəhid olub, biri də yaralanıb

Ölkə

21 Fevral 2011, 12:19
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri həlak olub. APA-nın məlumatına görə, hadisə Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Tural Murad oğlu Hüseynov Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, əsgər T. Hüseynov 2009-cu ilin oktyabrında Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

***
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun bir əsgəri də yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanl kəndi yaxınlığından 19 yaşlı əsgər Rzazadə Hikmət Ağa oğlu atəşkəsin pozulması nəticəsində yaralanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...