Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində törədilən hadisə nəticəsində 7 əsgərin öldürülməsi ölkədə ciddi hay-küyə səbəb olub. Hadisədə əsl günahkarlar tapılıb cəzalandırılacaqmı?
Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb.
"H" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı olub müzakirələr keçirilir. Modern.az xəbər verir ki, bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Silahlı Qüvvələrin "H" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı müzakirə olub. Hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən BAXCP İdarə Heyəti ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib:
"BAXCP hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Hazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. BAXCP Ali Baş Komandanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nizam-intizamın yaradılması üçün qəti addımlar atmağa çağırır".
Modern.az