Modern.az

“Çörəkpulu” dayandırılan köçkünlərlə bağlı hansı yenilik var?

“Çörəkpulu” dayandırılan köçkünlərlə bağlı hansı yenilik var?

Ölkə

22 Fevral 2011, 12:11

Məcburi köçkünlərə “çörəkpullu”nun verilməsi hələ davam edəcək. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, bir qrup məcburi köçkünün “çörəkpulu”nun dayandırılmasını nəzərdə tutulan təlimat hələ də tam hazır deyil:
“Qeyd edim ki, qaçqın və məcburi köçkünlərin “çörəkpulu” məsələsi ilə bağlı hələlik heç bir yenilik yoxdur, hər şey əvvəl kimi davam edir. Mən düşünürəm ki, bundan sonra da məcburi köçkünlərin “çörəkpulu”nun verilməsində heç bir məhdudiyyətlər olmayacaq. Bu məsələyə baxılıb hər hansı bir qərar qəbul edilsə, biz bu haqda mətbuata geniş məlumat verəcəyik”.

S.Hüseynov deyib ki, prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən bu istiqamətdə genişmiqyaslı işlərin görülür.
“Ölkənin bir sıra yerlərində məcburi köçkünlər üçün yeni evlərin tikilməsi nəzərdə tutulub. Yataqxana və eləcə də Təhsil Nazirliynə məxsus müəssisələrdə yaşayan insanlar üçün Naftalanda 9 beşmərtəbəli bina tikilib istifadəyə veriləcək, bundan savayı IX mikrorayonda və Bakı-Sumqayıt istiqamətində də yeni mənzillərin tikiləcək, 1200-dən çox məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulur.Odur ki, biz hələlik bu insanların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərə başladığımız üçün “çörəkpulu” məsələsi ilə bağlı yenilik yoxdur”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı