Modern.az

Oqtay Şirəliyev xəstəxanalara nəzarəti gücləndirdi

Oqtay Şirəliyev xəstəxanalara nəzarəti gücləndirdi

Ölkə

22 Fevral 2011, 16:56

Səhiyyə Nazirliyinin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında əmr imzalanıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında imzalanmış əmrə əsasən, Bakı şəhərində yerləşən tibb müəssisələrində Səhiyyə Nazirliyinin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub.

Təhkim olunmuş nazirlik mütəxəssisləri şənbə günü də daxil olmaqla hər iş günü saat 9:00-15:00-dək fəaliyyət göstərəcəklər. Mütəxəssislərə eyni zamanda əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumatın verilməsi tapşırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı