Modern.az

Müharibə veteranları bəyanat verdilər

Müharibə veteranları bəyanat verdilər

Ölkə

22 Fevral 2011, 17:38

Qarabağ döyüşünün iştirakçıları 7 əsgərin ölümündə təqsirkar olanların cəzalandırlmasını tələb edirlər

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi fevralın 20-də hərbi hissələrdən birində törədilmiş qətliamla bağlı bəyanat verib. Birliyin sədri Füzuli Rzaquliyevin adından Modern.az-a göndərilən bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində baş vermiş ağır cinayət nəticəsində 7 nəfər gənc əsgərimizin həlak olması bizləri bərk sarsıtdı. Əsgərlərimizin mənfur düşmənlərimizlə döyüşlərdə həlak olsaydılar bizi o qədər də yandırmazdı. Çünkü torpaq uğrunda ölən varsa, Vətəndir. Dövlətimizin orduya qayğısının artdığı bir vaxtda  baş verən hadisələr bizləri çox məyus edir. Ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda bu cür halların eyni korpus dairəsində davamlı  baş verməsi  onu göstərir ki, korpus rəhbərliyi onlara tapşırılmış işin öhdəsindən gələ bilmir. Yarıtmaz komandirlərin bu hərəkətləri şəhidlərimizin ruhuna təhqirdir və birbaşa düşməni sevindirməkdir.

Tələb edirik ki, baş vermiş bu ağır cinayət hadisəsi ətarflı araşdırılsın və bu vəziyyəti yaradanlar tezliklə cəzalandırılsınlar".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı