Xocalı faciəsinin 19-cu ildönümünə bir neçə gün qalır. Bu günlərdə hər kəs “Xocalıya Ədalət”- deyərək, hər yerdə Xocalı faciəsindən, bu faciənin təkcə bir millətə qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilməsindən danışaraq bunu faktlarla isbatlamağa çalışsa da, şəxsən mən insan haqlarını əlində bayraq edən hansısa xarici ölkənin və ya təşkilatın bu soyqırıma qiymət verəcəyini gözləmirəm. Çünki dünya birliyində söz sahibi olan dövlətlər bizim haqqımızı heç vaxt tanımır.
Əslində Xocalı faciəsi ermənilərin bir Azərbaycan şəhərində, Azərbaycan türklərinə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliyinin bir nümunəsidir. Çünki tarix boyu ermənilərin bu vəhşiliyi davam edib. Bunu təkcə biz demirik. Bunu Qubada üzə çıxan məzarlıq da sübut edir.
Amma tarixin səhifələrində və torpağın altında bizim hələ də bilmədiyimiz neçə belə vəhşilik nümunələri var. Zamanı gəldikcə üzə çıxır...
Xocalı faciəsinin baş verməsi bir daha erməni deyilən məxluqun bir millətin qanına susayaraq insanlıqdan daha çox vəhşi heyvani hisslərlə yaşadığını dünyaya göstərdi. Dünya bu həqiqətin qarşısında sussa belə. Ermənilərdə bu gün də həmin hisslər qalır. Bunu da biz demirik. Hər gün cəbhə xəttindən gətirilən şəhidlər, atəşkəsin pozulması ilə bağlı hər gün eşitdiyimiz xəbərləri deyir.
Xocalı faciəsindən 19 il keçsə də, biz hələ də erməni vəhşiliyini dünyaya tanıdıb bu soyqırıma qiymət verdirə bilmirik. Ona görə yox ki, təbliğatımız zəifdi, ona görə ki bu qətliamın qurbanları müsəlman türklər olub. Dünyaya ağalıq iddiasında olan xristian dünyası müsəlman türklərin qanını axıdan din qardaşına nə deməlidir ki?
Bu tarix boyu belə olub. Belə də olacaq.
Mənə qəribə gələn isə son günlər rastlaşdığım hadisələrdi. Azərbaycan türklərinin son illər az qala hər gün işğal, soyqırım aktları ilə bağlı danışmasına rəğmən ermənilərin “tükü belə tərpənmir”. Əksinə işğalçı ölkənin əli türklərin qanına batmış prezidenti ortaya çıxaraq “biz əlimizdə Azərbaycanın müəyyən qədər ərazisinin olduğunu inkar etmirik”- deyir.
Ermənilərin Türkiyəyə qarşı irəli sürdüyü qondarma “soyqırım” iddasının yalan olduğunu bütün dünya bildiyi halda bu gün Türkiyədə Osmanlı imperiyası dönəmində ermənilərə qarşı heç bir soyqırım aktının olmadığına, ermənilərin həmin dönəmdə Türkiyədə yüksək postlar tutduğuna dair “Erməni hesabatı” hazırlanır.
Doğrudur, düşmənə qarşı hər zaman tədbirli olmaq lazımdı.
Amma bütün dünyanın ermənilərin əməllərinə göz yumduğu halda, AŞPA sədri Mövlud Çavışoğlunun ermənilərin qurumda DQ bağlı alt komitınin yaradılmasının məhz onun adı ilə bağlamaq iddaları qarşısında özünü cavab verməkdə sorunlu sayaraq, bunun doğru olmadığını isbatlamağa çalışması gərəkli deyildi. Çünki ermənilərin də sorunlu olduqları çox məsələlər var ki, bunun hesabını hələ ki onlardan soruşan yoxdu.
Odur ki, bizlər kimsəyə olan, lakin tanınmayan haqqımızı sübut etməli deyilik. Çünki ötən illərin təcrübəsi bunun nəticəsiz olduğunu dəfələrcə bizlərə xatırladıb.
Bizlər ermənilərlə bağlı hesabat verməyə borclu deyilik arkadaşlar...
Biz ermənilərdən Xocalıda, Şuşada, Laçında, Ağdərədə, Ağdamda, Füzulidə və daha neçə -neçə kəndlərimizdə, şəhərlərimizdə tökdükləri qanlarımızın hesabını soruşmalıyıq.
Bunun zamanı çoxdan yetişib...