Modern.az

Azərbaycanın Avstriyadakı səfiri vəfat edib

Azərbaycanın Avstriyadakı səfiri vəfat edib

Country

23 Fevral 2011, 11:17

Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılov dünən Vyanada vəfat edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, diplomat son bir ay ərzində ağır xəstəlikdən əziyyət çəkirmiş. Səfirin cənazəsi dəfn olunmaq üçün Bakıya gətiriləcək.
Fuad İsmayılov Avstriya ilə yanaşı, həm də Azərbaycanın Slovakiya, Sloveniya, ATƏT, BMT-nin Vyana bölməsində dipolmatik təmsilçisiydi.

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar