Modern.az

Tanınmış bəstəkar Eldar Qasımov və Nigar Camal duetindən danışdı

Tanınmış bəstəkar Eldar Qasımov və Nigar Camal duetindən danışdı

Ölkə

23 Fevral 2011, 12:03


“Eurovision 2011” beynəlxalq mahnı yarışmasında Azərbaycanı təmsil edəcək ifaçıların müəyyənləşməsi ilə müxtəlif söz-söhbətlər yarandı. Kimi bu seçimi alqışladı, kimi də bəyənmədi.
Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov bu yarışmada Azərbaycanı təmsil edəcək ifaçılar Eldar Qasımov və Nigar Camal duetinin çox uğurlu seçim olduğnu düşünür.
Bəstəkar Modern.az saytına deyib ki, bu məsələ ilə əlaqədar yalnız peşəkarlar danışmalıdırlar.
“Bakıda belə bir fikir yaranıb. Musiqidən hamı danışa bilər, amma səhiyyədən sadəcə həkim danışa bilər. Musiqi mürəkkəb bir sahədir, qoy bunu musiqiçilər həll etsinlər. Biz bu sənətə həyatımızı, canımızı vermişik. Biz bu sənətlə yaşayırıq və yaşayacağıq. Biz də istəyirik ki,  Almaniyada yaxşı təmsil olunaq”.

F.Sücəddinov bildirib ki, seçimlə bağlı narzılıqların olması təbiidir. Çünki, bir insan haqqında müxtəlif insanlar müxtəlif fikirlər səsləndirə bilər.
“Bu da təbiidir. Ancaq, mənə elə gəlir ki,  burada son qərarı peşəkarlar verməlidir. Biz seçimi etdik və düzgün addım atdıq”.
Müsahibimizin sözlərinə görə, seçimdə iştirak edən münsiflərin 90%-i müsiqiçilərdən ibarət idi.
“Eldar Qasımov və Nigar Camal bütün münsiflərin secimidir. Biz yekdilliklə bu duetə səs verdik. Hərtərəfli fikirləşdik, bu beş dəqiqəlik iş deyil, çox fikirləşdikdən sonra hamımız bir səslə iki ifaçını seçdik”.

“Euravision”da Azərbaycanı təmsil edəcək iştirakcıların ifa edəcəkləri mahnı seçiminə gəldikdə isə bəstəkar bildirib ki, bu, bir az mürəkkəb məsələdir. Onun sözlərinə görə, elə bir mahnı olmalıdır ki, duet formasına, iştirakçıların səs tembirinə uyğun gəlsin və maraqlı alınsın.
F.Sücəddinov hesab edir ki, “Eurovision” səhnəsində ifa olunacaq mahnı milli ruhda və oynaq olmalıdır.
“Ola bilər ki, milli alətdən istifadə olunsun, ola bilər olunmasın. Bu mahnıdan asılıdır. Hər bir mahnıya milli alət düşmür. Musiqi var ki, orada milli alət ola bilər, musiqi var ki, ola bilməz”.

Bəstəkarın sözlərinə görə, çalışmaq lazımdır ki, seçiləcək mahnıda kiçik də olsa milli alətin sədası səslənsin.
“Əvvələr mənim yadımdadır musiqidən musiqiçilər, bəstəkarlar danışardı, indi hamı danışır. Yanğınsöndürən də musiqidən danışır. Bu ciddi məsələdir. Hamı istəyir bəstəkar olsun, heç kim istəmir pianino çalsın, skiripka, tar çalsın. Bu bir bəladır”.

F.Sücəddinov bildirib ki, uğurlu mahnı olsa, yarışma Azərbaycan üçün uğurla nətiçələnə bilər.
“Bu gün “Eurovision”da başqa meyarlar da var. Hər şey mahnı seçimindən asılıdır. Mən ümid edirəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq”.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı