Təhsil Nazirliyi tələbələrin xaricdə hansı ixtisaslar üzrə təhsil ala biləcəklərini müəyyənləşdirib.
Bu barədə Nazirliyin mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Məlumatda bildirilir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlər üçün ixtisaslar müəyyənləşdirilib.
Mətbuat xidmətindən verilən məlumata görə, tələbələrin xaricdə hansı ixtisaslar üzrə təhsil alması müəyyənləşdirilərkən respublikada həmin kadrlara olan tələbat da nəzərə alınıb.
Bu tədris ilindən etibarən seçim prosesində hansı ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına üstünlük veriləcəyi açıqlanıb.
Tələbələr xaricdə ancaq aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərlər:
- informasiya texnologiyaları;
- mühəndislik;
- neft sənayesi;
- tibb;
- riyaziyyat;
- fizika;
- biologiya;
- kimya;
- ekologiya;
- kənd təsərrüfatı.
Modern.az