MSK-nın bir sədr müavini, iki katibi də müəyyənləşdi
Fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) 18 nəfərdən ibarət yeni tərkibinin ilk iclası keçirilib. İclasda Məzahir Pənahov yenidən MSK sədri seçilib. Bundan başqa, Natiq Məmmədov sədr müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova katib seçiliblər.
Qeyd edək ki, MSK-nın yeni tərkibdə ilk iclasına Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də qatılıb.
MSK-nın əsas üzvləri:
Pənahov Məzahir Məhəmməd oğlu- YAP,
Əliyev Şaitdin Sərdar oğlu - YAP,
Cavadov Fuad Musa oğlu - YAP,
İbrahimov Ramiz Hilal oğlu - YAP,
Kazımova Validə Faiq qızı - YAP,
Orucov Qabil Əhməd oğlu - YAP,
Həsənov Tofiq Eldar oğlu - bitərəf,
Məmmədov İlham Sabir oğlu - bitərəf,
Məmmədov Natiq Seyfulla oğlu - bitərəf,
Muxtarova Arifə Ağaverdi qızı -bitərəf,
Nadirov Nizami Hüseyn oğlu - bitərəf,
Tağıyev Azər Cabir oğlu - bitərəf,
Cəfərova Tamam Şaməmməd qızı - Demokratik İslahatlar Partiyası,
Əsgərov Bəxşeyiş Məmməd oğlu - Böyük Quruluş Partiyası,
Rəhimov Mikayıl Rəhman oğlu - BAXCP,
Qəhrəmanlı Almas Əlisultan qızı - Vətəndaş Hənrəyliyi Partiyası,
Qurbanov Akif Yaqub oğlu- Ümid Partiyası,
Quliyev Etibar Cəfər oğlu - ANA Vətən Partiyası.
MSK-nın əvəzedici üzvləri:
Paşayev Hüseyn Məmməd oğlu,
Hümbətov Sürəddin Məhəmmədhüseyn oğlu,
Adilov Nadir Adil oğlu.
Modern.az