Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu gün ad günün qeyd edir. Modern.az-ın məlumatına görə, Ramiz Yaqub oğlu Rzayev 25 fevral 1953-cü ildə anadan olub. 1971-1977 – cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb, hüquqşünasdır. R.Rzayev 1977-1979 – cu illərdə həqiqi hərbi xidmət keçib.
O, 1979 – cu ildə Bakı şəhəri, Nərimanov rayon Prokurorluğunda müstəntiq işləyib. 1981 – ci ildə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində baş müstəntiq, 1983 – cü ildə Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991 – ci ildə Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə istintaq şöbəsinin böyük prokuroru olub.
R.Rzayev sonrakı fəaliyyəti dövründə bir sıra rayonların prokuroru olub. O, 1992 – ci ildə Dəvəçi, 1993 – cü ildə Beyləqan rayon prokuroru işləyib. 1995 – ci ildə isə Azərbaycan Respublikasının hərbi prokuroru təyin edilib.
1998 - ci il 25 may tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.
2000 - ci il 17 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə R.Rzayev 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi alıb. 2000 - ci ildə R.Rzayev Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təqin edilib.
2001- ci il 23 fevral tarixində Baş Prokurorun əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunub. 2002 - ci il 17 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. 2004 - cü il 30 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
R.Rzayev 2005 - ci il aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
2005 - ci ildən Azərbaycan Respublikası Məhkəm-Hüquq Şurasının üzvüdür.
2008 - ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adı alıb.
Ailəlidir, 3 övladı var.
Modern.az