Modern.az

Dillər Universitetində antikorrupsiya tədbirləri görüləcək

Dillər Universitetində antikorrupsiya tədbirləri görüləcək

Страна

25 Fevral 2011, 14:24

Ölkə başçısının antikorrupsiya barədə verdiyi ciddi tapşırıqlardan sonra dövlət orqanlarında “təmizlik” işləri həyata keçirilməkdədir, fəaliyyətində qanunsuzluğa yol verilən məmurlar tutduqları vəzifələrdən kənarlaşdırılır. Artıq dövlət ali təhsil müəssisələrində də antikorrupsiya tədbirlərinə start verilib. Bakı Dövlət Universitetində bu istiqamətdə atılan addımlar barədə məlumat vermişdik. Modern.az saytının məlumatına görə, Azərbaycan Dillər Universiteti (ADU) də antikorrupsiya tədbirlərinə hazırlaşır.
“ADU-da antikorrupsiya ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək”. Bu haqda universitetinin rektoru, millət vəkili Səməd Seyidov ölkədə həyata keçirilən genişmiqyaslı antikorrupsiya tədbirlərilə bağlı  açıqlamasında deyib. O, bildirib ki, ADU-da bu kimi neqativ halların baş verməməsi üçün yaxın vaxtlarda qabaqlayıcı tədbirlər görüləcək.

“Biz də digər qurumlar kimi korrupsiyaya qarşı ciddi işlər görürük. Bundan sonra da bu istiqamətdə işlərimiz hər zaman davam edəcək. Lakin mən qeyd etmək istərdim ki, korrupsiyaya qarşı mübarizədə Dillər Universititeti digər universitetlər arasında xüsusi yerə malikdir. Biz həmişə çalışmışıq ki, universitetimizdə rüşvət halları olmasın, neqativ məqamlar baş verməsin”.

“Biz antikorrupsiyaya ilə bağlı daim ictimaiyyət nümayəndələri ilə, dövlət təşkilatları ilə görüşlər keçiririk, bununla bağlı müvafiq tədbirlər görürük”-deyə S.Seyidov əlavə edib.

Rektor təklif edib ki, rəhbərlik etdiyi ali təhsil ocağındakı vəziyyəti öyrənmək üçün ilk növbədə tələbələrə müraciət etmək lazımdır:

“Mən hesab edirəm ki, hər hansı ali məktəbdə bu kimi neqativ halların olub-olmamasını yoxlamaq üçün bunu nə universitet rəhbərliyindən, nə də dekanlardan soruşmaq lazımdır. Vəziyyəti öyrənmək üçün bu işin içində olan tələbələrlə söhbət etmək, onların problemləri ilə tanış olmaq lazımdır. Bizdə hər zaman bu istiqamətdə müsbət addımlar atılıb və bundan sonrada davam edəcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı