Modern.az

Daxili orqanları dəyişdirilən 300-dək azərbaycanlı var

Daxili orqanları dəyişdirilən 300-dək azərbaycanlı var

Ölkə

27 Fevral 2011, 17:13

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə həyatdan köçür. Belə xəstələrin bir qismi Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda daxili orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məlumatına görə, daxili orqanları transplantasiya olunmuş xəstələr arasında böyrəkləri dəyişdirilənlər çoxluq təşkil edirlər. Təxminən 250-dən çox xəstə...

Hazırda Azərbaycanda 14-ü regionlarda, 7-si Bakıda olmaqla 21 hemodializ mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 1500-dən çox xroniki böyrək çatışmazılığı xəstəsi dövlət vəsaiti hesabına hemodializ müalicəsi alır. Tibbi yardımın təşkili şöbəsindən bildirlib ki, Respublika Klinik Uroloji xəstəxanasında yaradılan Böyrəköçürmə Mərkəzində bu ildən etibarən böyrəklərin transplantasiyası əməliyyatları aparılacaq. Burada növbə ilə ildə 10-15 nəfərin əməliyyat olunması planlaşdırılır. Şöbədən bildirilib ki, növbə həkim rəyinə əsasən yaradılacaq. Azərbaycanda insan orqanlarının transplantasiyasına 1999-cu il okyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanlarıı ilə əvəz edilə bilər. Səhiyyə Nazirliyindən Modern.az-a bildirlib ki, ölkəmizdə ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi, sümük iliyi, gözün buynuz qişasının transplantiyasına rəsmi icazə verilib. Bir şərtlə ki, donorun mütləq 18 yaşı tamam olmalıdır, heç kimə donorluq etməyə təzyiq göstərilməməlidir. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə müəyyən həcmdə götürmək olar ki, onun həyatı üçün təhlükəli hallar, yaxud  sağlamlıqmda bərpaolunmaz pozğunluqlar yaranmasın. Meyitdən daxili orqanların götürülməsi üçün isə mütləq mərhumun yaxınlarının yazılı icazəsi olmalıdır.

Ölkəmizdə insan orqanlarının alqı-satqısı ilə məşğul olanlar Cinayət Məcəlləsinin 137-ci maddəsilə məsuliyyət daşıyırlar.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda üç cür transplantasiya-sümük iliyinin və böyrəklərinin dəyişdirilməsi, qaraciyər köçürülməsi  əməliyyatı həyata keçirilir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda donor tapmaq çox çətindir. Cərrah V.Hacıyevin sözlərinə görə, çox az hallarda ölən adamın qohumu mərhumun bədən orqanının götürülməsinə razılıq verir. Böyrəyinin dəyişdirilməsini istəyənlərə donorluq edənlər isə onların öz ailə üzvləri olurlar: «Lakin bu o demək deyil ki, bütün böyrək xəstələrinin valideynləri və ya qardaş-bacıları onlara donorluq etməyə razılıq verirlər. Bunun üçün həm cəsarət, həm də iradə tələb olunur. Ona görə də heç də bütün xəstələrin yaxınları bu işə razılıq vermir». Azərbaycanda daxi orqanların alqı-satqısı qadağan olunsa da, qeyri-rəsmi mənbələr ölkəmizdə gizli şəkildə belə bazarlıqların həyata keçirildiyini istisna etmirlər. Elə bu yaxınlarda Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyi məlum olub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bununla bağlı birgə məlumatınd bildirilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edib.   

Bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının alverilə məşğul olan «qara bazar»lar fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu «bazar»da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Ekspertlərin sözlərinə görə, bu gün «içalat» alverçiləri əksər hallarda sövdələşməni İnternet vasitəsilə həyata keçirirlər.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı