VII-XI sinif dərsliklərini çapı ilə bağlı Təhsil Nazirliyinin elan etdiyi tenderin nəticələri açıqlanacaq. Bu barədə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Təhsil Nazirliyi 2010-cu ildə 7-11-ci sinif dərsliklərin çapı üçün tender elan ediblər və səkkiz nəşriyyat bununla bağlı öz təklifini verib:
“Bu gün saat 3-də tender komissiyasının iclasında səkkiz nəşriyyatın təklifləri açılacaq. Bu zaman qalibin hansı qurum olduğu məlum olacaq. İclasda Maliyyə Nazirliyinin, İqtisadi İnkşaf Nazirliyinin, Satınalmalar üzrə Dövlət Agentıliyinin nümayəndələri, həmçinin iştrakçı nəşriyyatların nümayəndələri iştrak edəcəklər”.
Tenderdə “Poliqraf”, “Təhsil, XXI ilin Nəşrlər Evi”, “Şərq-Qərb”, “Bakı”, “Kövsər”, “Çaşıoğlu”, “Elm-İstehsalat Firması”, “Xəzər Etiket” nəşriyyatları iştrak edirlər.
Modern.az