“Qarabağ” bloku kütləvi aksiyalar keçirməyə hazırlaşmır. Bu barədə blokun təsisçilərindən olan ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib.
Onun sözlərinə görə, “Qarabağ” siyasi bloku ölkədə sadəcə nəsə etmək naminə məqsədsiz mitinqlərə getməyəcək: “Qarabağ siyasi blok olduğu üçün bütün siyasi vasitələrdən istifadə edəcək. Lakin ilk öncə mən hesab edirəm ki, mitinqləri effektivliyi baxımından dəyərləndirmək lazımdır. Mitinqlər naminə mitinq keçirmək düşüncəsi yalnışdır”
S.Cəlaloğlu qeyd edib ki, əgər ölkədə buna zərurət yoxdursa, mitinqlərin keçirilməsi də mənasızdır.
“Hesab edirəm ki, hər hansı kütləvi aksiya keçirməzdən öncə mütləq onun hansı məqsədə çatacağına diqqət etmək lazımdır. Bildiyimiz kimi, dünyada baş verən hadisələrin təsiri və eləcə də hökumətin apardığı siyasət Azərbaycanda inqilabi əhval-ruhiyəni yüksəldib. Bu baxımdan indi mitinqlər keçirmək çox ciddi məsuliyyət tələb edir”.
S.Cəlaloğlunun sözlərinə görə, bu baxımdan Qarabağ siyasi blokundan bununla bağlı müzakirələr ola bilər.
Anar Rüstəmov