Modern.az

Ombudsman: "Yerlərdəki məmurlar insanları qorxutmağa nail olublar"

Ombudsman: "Yerlərdəki məmurlar insanları qorxutmağa nail olublar"

Ölkə

1 Mart 2011, 18:54

2010-cu ildə korrupsiya və rüşvətxorluqla bağlı Ombudsmana 1041 şikayət daxil olub. Modern.az-ın məlumatına görə, bu fakt Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Milli Məclisə təqdim etdiyi hesabatda öz əksini tapıb. Hesabatda qeyd edilib ki, daxil olan şikayətlərlərin araşdırılması, məmurlar tərəfindən korrupsiyaya yol verilməsi ilə bağlı məlumatların yoxlanılması və günahkar şəxslərin qanunvericlik qarşısında cəzalandırılması daim Ombudsmanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti qurumlara qarşısında məsələ qaldırıb, respublikanın Baş Prokurorluğuna korrupsiya faktı üzrə müraciətlər edilib.

Ombudsmanın hesabatında qeyd edilib ki, müxtəlif dövlət orqanlarında vətəndaşlardan  rüşvət tələb edilməsi ilə bağlı halların yoxlanılması məqsədi ilə göndərilən sorğulara verilmiş cavablarda bir qayda olaraq məsələyə münasibət bildirilməmiş və ya göstərilən halların öz təsdiqini tapmadığı qeyd edilib.

“Təhlillər göstərir ki, yerlərdəki ayrı-ayrı məmurlar həqiqətən də insanları qorxutmaq, cəzalandırmaq və ya problemləri sonradan həll etmək vədi yolu ərizəçidən zəruri izahatı almağa və müraciətindən imtina etməsinə nail olublar”-deyə hesabatda bildilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı