Elmira Süleymanovadan həyəcanlı çağırış: “Bağcaların satılması məktəbəqədər təhsilə ciddi ziyan vurur”
Bakı şəhərində məktəbəqədər yaşlı uşaqların cəmi 25-30 faizi, rayonlarda isə 15-16 faizi məktəbəqədər təhsillə əhatə olunub. Bu barədə Ombudsman Milli Məclisə təqdim etdiyi hesabatda bildirib. Sənəddə vurğulanır ki, məktəbə hazırlıq üçün dövlət büdcəsindən maliyyələşən məktəbəqədər müəssələrin və uşaq yerlərinin sayı bu yaşda olan uşaqarın sayından azdır.
“Ötən illik məruzələrdə Müvəkkil dövlət bağçalarının özələşməyə açıq elan edilməsinə qarşı çıxmış və bunun məktəbəqədər təhsilə ciddi ziyan vuracağını bildirmişdi”-deyə hesabatda bununla bağlı bir sıra faktlar açıqlanıb.
“Özəlləşdirilmiş 43 müəssisə fəaliyyət göstərməyib. 12 müəssənin binası digər məqsədlər, o cümlədən biznes fəaliyyəti üçün istifadə edilib. 8 uşaq baxçasının binasında məcburi kökçün ailələri məskunlaşıb, 4 belə müəssənin binası tamamilə sökülüb. Yalnız 1 bina sökülərək yenidən təmir edilib və təyinatı üzrə istifadə edilir. Ümumilikdə özəlləşdirilmiş uşaq bağçalarından yalnız 15-i, onlardan da yalnız 6-sı lisenziya əsasında fəaliyyət göstərib”-deyə hesabatda vurğulanır.
Modern.az