Modern.az

Azərbaycanda insan alveri ilə bağlı bütün statistika açıqlanıb

Azərbaycanda insan alveri ilə bağlı bütün statistika açıqlanıb

Ölkə

2 Mart 2011, 14:26

2010-cu ildə səkkiz cinayətkar qrup aşkar edilib

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin 2010-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 183 cinayət faktı qeydə alınıb. Bu barədə qurumun 2010-cu ildə gördüyü işlərə dair yaydığı arayışda deyilir.

Sənəddə bildirilir ki, onlardan 70-i insan alveri, 1-i məcburi əmək, 3-ü seksual hərəkətlərə məcbur etmə, 2-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə, 5-i pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, 63-i fahişəliyə cəlb etmə, 77-i isə əxlaqsızlıq yuvaları saxlama ilə bağlı olub.
“İnsan alveri cinayəti ilə bağlı 70 cinayət faktı qeydə alınıb,  cinayətləri törətdiklərinə görə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. Bu müddət ərzində keçirilmiş tədbirlər nəticəsində 8 cinayətkar qrup aşkar olunub. İctimai mənəviyyata zidd hərəkətlərə yol verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 308-ci maddəsi ilə 109 nəfərə inzibati protokol tərtib edilib, dövlət nəfinə 4.251  manat pul ödətdirilib”-deyə arayışda qeyd olunur.

İdarə tərəfindən müəyyən edilib ki 34 qurbandan 27-si Sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbi və psixoloji yardımlar göstərilib. İnsan alveri qurbanınlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib. Nazirlər Kabinetinin  müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.

“Qaynar xətt” xidmətinə 2010-cu ildə müxtəlif məsələlərlə bağlı 13.699 məlumat daxil olub, onlardan 15-i insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə, 1.436-sı xaricdə işə düzəlmə ilə bağlı, 651-i xaricdə təhsil alma, 82-si xarici vətəndaşla nikah bağlama, 9.376 məlumat isə digər məsələlərlə əlaqədar olub. Zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı