Səhiyyə nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında yeni əmr imzalanıb. Səhiyyə Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrin davamı olaraq yeni “Ezamiyyə barədə ”əmr imzalanıb.
Əmrə əsasən respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə respublikanın 16 iri şəhər və rayonuna tibb mütəxəssisləri ezam olunacaqlar.
Modern.az