Azərbaycanın “Görüş” filminə əksəriyyət baxıb. 1956-cı ildə çəkilmiş bu filmdə Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğu əks olunub. Yəqin tamaşaçılar özbək qızı Lala İzmayılovanı oynayan aktrisa barədə bilmək istərdilər. Onun haqqında çox az məlumat var. “Görüş” filmi ilə bağlı qısa məlumatda yalnız onun adı yazılıb: Nelli Ataullayeva.
Modern.az-ın məlumatına görə, Özbəkistanın əməkdar artisti, SSRİ Kinematoqrafçılar İtifaqının üzvü, sənədli filmlər üzrə rejissor Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə doğulub. 1953-cü ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib.
Bir sıra filmlərə çəkilib. “Görüş”, “Əmirliyin devrilməsi”, “Sevgililər”, “Təzə mənzilə köç” filmlərinə çəkilib. Konfransye kimi hökümət konsertlərinin aparıcısı olub. 1956-cı ildə Ümümittifaq Kinemateqorafiya İnsititunun rejissorluq fakultəsinə daxil olub. 1962-ci ildən “Uzkinoxranika”da işləyib. 20-ə qədər sənədli film çəkib.
Nelli Moskvada oxuyarkən Vladimir Dyaçenko ilə eşq yaşayır. Amma Vladimirin yüksək vəzifələrdə işləyən valideynləri bu izdivaca qarşı çıxırlar. Vladimirdən bir uşaq dünyaya gətirən Nelli təzyiqlərdən qaçmaq üçün doğma Daşkəndə gəlir. Əri onun arxasınca gələrək Moskvaya qayıtmağı xahiş etsə də, Nelli imtina edir. Vladimir də israr etmir. Sonradan onların münasibəti tədricən soyuyur. Ailə dağılır. Sonradan, 1970-ci ildə Nelli Slava Yeremonko ilə ailə qurur.
Çəkdiyi sənədli filmlər maraqlıdır. Onun kamerasından sadə insanlardan tutmuş zavodda işləyənlərə qədər xeyli insan keçib.
Ağır xəstəliyə tutlan Nelli Ataullayeva 1974-cü ilin iyulunda vəfat edib. Bir dəfə dostlarından birinə deyibmiş: “Özümü qoca arvad kimi təsəvür edə bilmirəm. Cavan və gənc ölmək istəyirəm..”.
43 yaşında dünyasını dəyişən Nelli Ataullayevanın bu il 80 yaşı tamam olur. Azərbaycan filmində yaratdığı Lala roluna görə Nelli daim xatırlanr. Özbəkistanda isə ölümündən sonra unudulub. Onun nə yübleyi qeyd edilib, nə də barəsində kitab çxıb. Ölmündən sonra keçmiş əri Vladimir Dyaçenko Nellinin oğlu Nikitanı Moskvaya aparıb. İndi Nikita tanınmış biznesmendir. Anasının soyadını daşıyır.
|
|
|
|
|
|