Modern.az

Media ombudsmanı işi ilə bağlı xüsusi hazırlıqlar görülür

Media ombudsmanı işi ilə bağlı xüsusi hazırlıqlar görülür

Ölkə

4 Mart 2011, 17:20

Media Ombudsmanın işinin təşkili ilə bağlı xüsusi hazırlıqlar görülür. Bu barədə Modern.az-a İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı jurnalist təşkilatları, ayrı-ayrı jurnalistlərlə görüşlərin keçirilməsi planlaşdırılır. “Görüşlərdən sonra bu istiqamətdə ciddi işlər aparılacaq. İş elə aparılmalıdır ki, nəticədə bu sahənin ciddi fəaliyyəti hər kəs tərəfindən qəbul olunsun və jurnalistikanın söz azadlığına xidmət edən bir fəaliyyət ortaya qoyulsun”-deyə E.Süleymanova vurğulayıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı