Bahalı və zövqlu interyer ilə fərqlənən bu restoranda menyü və qiymətlər diqqəti cəlb edir

Moskvada fəaliyyət göstərən “Zafferano” restoranında Azərbaycan mətbəxinin dadlı yeməkləri təqdim edilir. Burada Avropasayağı üslubda xidmətlə milli Azərbaycan mətbəxinin dadlı təamları harmoniya təşkil edir. Modern.az bu xidmət markasını araşdırarkən restoranın “Krokus qrup” ailəsinə məxsusu olduğunu öyrənib. Qeyd edək ki, “Krokus” brendi məşhur azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur. Bahalı və zövqlu interyer ilə fərqlənən bu restoranda menyü və qiymətlər diqqəti cəlb edir.
Modern.az “Zafferano” restoranında olan qiymətləri və yemək menyüsündən bəzilərini oxuculara təqdim edir. Moskvaya yolu düşən olsa, bu ad onları qorxutmasın. Qeyd edək ki, restoranın menyüsünə həm Avropa, həm də milli yeməklər daxildir.
Bu restoranda vaxtaşırı keçirilən tədbir və qəbullarda xeyli tanınmış şəxs olub. Onlar Azərbaycn mətbəxini ləzzətini dada biliblər.
Restoranda Azərbaycan mətbəxinə aid 4 cür plov verilir. Qoyun ətindən bişirilmiş turşu qovurma ilə verilən plovun qiyməti 850 rubldur (13 manat). Səbzi plov bir qədər bahadır. Onu nuş etmək üçün 1200 rubl ödəməlisən (36 manat). Milli mətbəximizin qədim yeməyi olan Fisincan plovun qiyməti isə 550 rubldur (13 manat). Adlı-sanlı şüyüdplovu “Zafferano”da 450 rubla (12 manat) dadmaq olar.
Burada milli kabablarımızı da təqdim edirlər. Məşhur lüləkabab “Zafferano”da bir neçə variantda təqdim edilir. Kartof lüləsinin qiyməti 150 rubldur (4 manat), qoyun ətindən, dana ətindən olan lüləkababların qiyməti eynidir: 550 rubl (16 manat).
Burada lüləkababın Çili variantı da təqdim olunur. Necə deyərlər, Azərbaycan mətbəxinin Latın Amerikası ilə simbiozu. “Çili sibası ilə lüləkabab” adlanan bu təam 1200 rubladır (36 manat). “Zaffarano” həmçinin məşhur Azərbaycan mətbəxinin tanınmış yeməyi olan “basdırma”nı da təqdim edir: 800 rubla (24 manat) bunu dadmaq olar. Assorti və cücə kababı isə müvafiq olaraq 500 rubl (13 manat) və 600 rubldur (18 manat).
Burada həm də spirtli, həm də şirələr verilir.
Reklam rolikində qeyd edilir ki, restoranın adı italyanca “Zaffarano” (zəfəran) sözündən götürülüb. Amma elə bizdə də buna “zəfəran” deyilir. Odur ki, türklər demiş “kusura bakmayın”, “Zaffarano” elə bizim “zəfərandır”, Azərbaycan restoranıdır. Yolunuz düşsə baş çəkin...
Modern.az