Modern.az

Səhiyyə naziri klinikaya yeni direktor təyin etdi

Səhiyyə naziri klinikaya yeni direktor təyin etdi

Ölkə

7 Mart 2011, 16:36

Bu gün Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorun adı açıqlanıb. Klinikaya yeni direktor Surxay Musayev təyin  olunub.

Qeyd edək ki,  Musayev Surxay Novruz oğlu 1974- cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1989 – 1992 illərdə Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrasında doktoranturada olub və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə edib. 1992-ci ildən bu günə kimi ATU-da I-ci uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı