Modern.az

Qız qalasında intiharlara birdəfəlik son qoyulub

Qız qalasında intiharlara birdəfəlik son qoyulub

Ölkə

8 Mart 2011, 17:53

Ölüm gözlənilmədən gələn və insanın istəmədiyi halda onun həyatını yarıda qıran qüvvədir. Amma elə hallar da olur ki, şüurlu insan öz istəyilə ölümü seçərək həyatına son qoyur. Bu cür ölüm özünəqəsd və ya intihar (suisid) adlanır.
Müşahidələr göstərir ki, özünə qəsd edənlər məqsədlərini müxtəlif üsullarla həyata keçirməyə çalışırlar. Bura əsasən, özünü asmaq və boğmaq, özünü suda batırmaq, çoxlu dərman qəbul etmək, zəhər içmək, çox hündür bina, körpü və başqa yüksəkliklərdən tullanmaq, soyuq və odlu silahla özünəqəsd, özünü yandırmaq, yemək və sudan imtina etmək, damarlarını kəsmək, özünü qatarın və ya maşının altına atmaq, elektrik cərəyanından istifadə etmək üsulları daxildir.

Bakının simvolu sayılan Qız qalası da bu yaxınlaradək intihar ünvanına çevrilmişdi. Belə ki, həyatdan bezənlərin bəziləri intihar məqsədilə Qız qalasına qalxıb özlərini yerə atırdılar. Qeyri-rəsmi məlumatlara görə, təkcə 5 ildə özünü Qız qalasından atanların sayı 20-ə çatıb.

Amma daha bundan sonra Qız qalasında heç intihar edə bilməyəcək. Modern.az saytı xəbər verir ki, "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin gördüyü əks tərbirlər nəticəsində intihar üçün Qız qalasına gələnlər artıq burada məqsədlərini gerçəkləşdirə bilmirlər.

Belə ki, Qız qalasına gələnlərin təhlükəsizliyinin təmin edilməsi və burada intihar etmək istəyənlərin qarşısının alınması üçün məqsədlə qalanın damındakı baxış meydançasının ətrafı boyunca şəffaf şüşə hasar quraşdırılıb. Şüşə konstruksiya qaladan şəhərin panoramasının görünməsinə mane olmur və potensial intihar edənlərə 28 metr hündürlükdən özlərini atmağa imkan vermir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı