2010-cu ildə terrorçuluğa, separatizmə, dini ekstremizmə qarşı mübarizə sahəsində hələ 2008-ci ilin dekabr ayında Tərtər rayonu ərazisində dislokasiya olunumuş hərbi hissəsinin postuna basqınla əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayətdə iştirak etmiş “Sahil camaatı” adlı radikal qruplaşmanın daha 4 nəfər üzvü tutulub (qruplaşmanın 4 üzvü 2009-cu ildə tutulub). Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, ötən il Pakistan və Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etdiklərinə görə barələrində beynəlxalq axtarış élan olunmuş 3 nəfər Azərbaycan vətəndaşı saxta sənədlərlə respublika ərazisində daxil olmaq istəyərkən saxlanılaraq, istintaqa cəlb olunub və onlar Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin müvafiq qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Ötən il MTN-nin İstintaq Baş İdarəsi tərəfindən ümumilikdə 127 cinayt işinin istintaqı aparılıb. İstintaqı aparılmış cinayət işlərindən 126 şəxs barədə 45 iş (“Dövlətə xəyanət”, “Casusluq”, “Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma”, “Kömpüter informasiyasına qanunsuz daxil olma”, “Qaçaqmalıçılıq”, “Dələduzluq”, “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcımaddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” və s. maddələri ilə) üzrə müvafiq ittiham aktları məhkəməyə verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Həmin işlərin böyük əksəriyyəti məhkəmədə öz qanuni həllini tapıb, qalnaları üzrə isə məhkəmə baxışı davam etdirilir. Modern.az