SSRİ-nin məşhur aktyoru, “Qafqaz əsiri” filmində Saaxaov rolu ilə milyonların rəğbətini qazanmış Vladimir Etuş reanimasiyaya düşüb. Aktyoru insult diaqnozu ilə Moskvanın Mərkəzi şəhər xəstəxanasına yerləşdiriblər. Modern.az Rusiya KİV-lərinə istinadən bildirir ki, 88 yaşlı Etuş özünü pis hiss edib və intensiv terapiya şöbəsinə yerləşdirilib. Onda danışıq qabiliyyəti itib və bir tərəfi paralic olub. Hazırda həkimlər aktyorun həyatı uğrunda mübarizə aparırlar.
Vladimir Etuş sovet komediya filmlərində yaddaqalan obrazlar yaradıb. Modern.az