Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində sədr müavini postunu tutan Elçin Əsgərov vəzifəsinə vida edib, prezidentin müvafiq sərəncamı ilə Gündüz İsmayılov onun yerinə təyin edilib. Bəzi mətbuat orqanları Elçin Əsgərovun işdən çıxarıldığını yazıb. Modern.az-ın məlumatına görə, Elçin Əsgərov məsələyə bu gün münasibət bildidb. O, deyib ki, hələ yanvar ayında işdən könüllü olaraq getmək istəməsi haqqında rəhbərliyə ərizə ilə müraciət edib. «Komitədən öz istəyimlə ayrılmışam. Hazırda digər bir qurumda fəaliyyətimi davam etdirirəm». Modern.az