Modern.az

Qabil Hüseynli: “Adil Qeybulla niyə belə qərar verib, bilmirəm”

Qabil Hüseynli: “Adil Qeybulla niyə belə qərar verib, bilmirəm”

Ölkə

9 Mart 2011, 18:46

“Bu, Adil Qeybullanın şəxsi işidir. O elmlər doktorudur və yetkin qərarlar vermək qabiliyyətinə malikdir”.  Bu sözləri Müsavat Divanının keçmiş üzvü, partiyadan istefa vermiş Qabil Hüseynli Modern.az-a professor Adil Qeybullanın Müsavat Partiyasının sıralarına qayıtması məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Adil Qeybullanın partiya sıralarına bərpa olunmasının səbəbləri barədə məlumatlı deyil və bu barədə A.Qeybulla heç nə deməyib. “Düzdür, müəyyən eyhamlar etmişdi. Amma onun tam şəkildə bu qərarı niyə qəbul etməsi barədə heç nə deyə bilmərəm. Bu onun şəxsi işidir”.

 

Adil Qeybulla ilə bundan sonra da dostluq münasibətlərinin saxlayacağını deyən Q.Hüseynli vurğulayıb ki, keçmiş silahdaşına uğurlar arzu edir.

 

Onların birgə yaratmaq istədikləri “Çağdaş müsavatşılıq irsi” təşkilatının taleyi ilə bağlı danışan Q.Hüseynli yüngül ironiya deyib ki, burada problem yoxdur. “O təşkilatı yaratmaq üçün növbəyə duranlar var. Təkcə Adil Qeybulla deyil ki? Dünya xali deyil. Bunu reallaşdıracaq şəxslər çoxdur”-deyə keçmiş müsavatçı vurğulayıb. Qabil Hüseynli özünün Müsavat Partiyasına qayıtmaq niyyətinin olmadığını deyib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı