Modern.az

Gəncə ziyalıları müşavirədə Elmar Vəliyevə şikayət etdilər (FOTOLAR)

Gəncə ziyalıları müşavirədə Elmar Vəliyevə şikayət etdilər (FOTOLAR)

Ölkə

10 Mart 2011, 10:43

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən gün Gəncə Dövlət Universitetinin (GDU) professor, müəllim və tələbə kontingenti ilə görüş keçirib. Pedaqoji heyətin şikayət və təkliflərini dinləyib. Modern.az-ın məlumatına görə, icra başçısı yığıncaqda giriş sozü ilə çıxış edərək pedaqoji kontingentə Gəncənin inkişafi və yenidən qurulması ilə bağlı gələcək perespektiv plan haqda məlumat verib. Elmar Vəliyevə məlumat verilib ki, 550 nəfər işçisi olan Gəncə Dövlət Universitetində 4 min 600 bakalavr müxtəlif ixtisaslar üzrə təhsil alır.Onların yüksək ixtisaslı kadr kimi yetişmələri üçün ali təhsil ocağında bütün lazımi şərait yaradılıb. İcra Hakimiyyətinin başçısına müraciət edən şəhər ziyalıları GDU-nun yeni tədris korpusu ilə təminatı, universitetin ayrıca şəhərciyinin tikintisi, Gəncənin müxtəlif ərazilərində kitab mağazalarının açılması, şəhər kitabxanasının ədəbiyyatlarla və bədii kitablarla təminatı,elektron kitabxananın yaradılması, rəssamlar üçün ayrıca emalatxananın və rəsm qalereyasının tikintisi təkliflərini irəli sürüblər. Ziyalılar tərəfindən qədim Gəncədə hələ də mövcud olan problemlərə də toxunulub. Gəncə çayının məcrasının yenidən qurulması və zibil tullantılarından təmizlənməsi məsələsi də önə çəkilib.

Xaliq Qurbanov Gəncə

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı