“Qanunsuz aksiyaların qarşısının alınmasında polisin yetərincə gücü və qüvvəsi var”
Artıq bir neçə gündür ki, Facebook sosial şəbəkəsində “11 mart -Böyük Xalq Günü” vurtual qrupu virtual etiraz aksiyasına insanları dəvət edir. Martın 11-də keçiriləcəyi bildirilən etiraz aksiyasını bəziləri real hesab etsə də, digərləri bu tədbiri qeyri-real sayır.
Bəs aksiya keçirilərsə, güc strukturaları tərəfindən hansı tədbirlər keçiriləcək?
Modern.az məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə saytımıza açıqlamasında bildirib ki, qanunsuz, icra orqanları ilə razılşadırılmadan keçiriləcək bütün mitinqlərin qarşısı polis tərəfindən alınacaq.
“Həmin gün polislər də gücləndirilmiş rejimdə olmayacaq. Onlar adi iş günlərində olduğu kimi işləyəcəklər. Ümumiyyətlə, icra orqanları tərəfindən razılaşdırılmadan, qanunsuz şəkildə keçirilən mitinqlərin qarşısının alınmasında polislərin yetərincə gücü və qüvvəsi var. Bunun üçün gücləndirilmiş iş rejimi lazım deyil”.
Aytən ƏLİYEVA